«Qəbələ»nin hollandiyalı oyunçusu: «Burda yaxşı məvacib verirlər»

17.06.2011 | 4158 dəfə oxunub

"Ötən mövsüm məni çox məyus etdi. Biz sadəcə 7-ci yeri tuta bildik. Artıq mövsümün ortasında həm medallar, həm də avrokuboklara getmək şansımızı tam itirmiş olduq". Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hollandiyalı müdafiəçisi Stiv Olfers deyib.

rnVətənində jurnalistlərə açıqlama verən "Feyenoord" və PSV-nin sabiq oyunçusu 7-ci yerdən qane olmayıb: "Mən autsayderlərlə mübarizə aparan ikinci "altılıq" komandasında oynamaq istəmirəm. Amma hələ mövsümün əvvəlindən demişdilər ki, bu il bizim üçün hələ başlanğıc mərhələsidi. Növbəti mövsümdən isə artıq çempionluq üçün mübarizə aparacağıq".
rn29 yaşlı holland Toni Adamsın işinin çətinliyindən də danışıb: "Onun əlinin altında elə də çox futbolçu yoxdu. Adams isə məhz onlarla uğur qazanmalıdı. Fikrimcə, növbəti mövsüm çox şeyə aydınlıq gətirmiş olacaq".
rnOlfers "Qəbələ"dən ayrılmaq istəmir: "Mən hələ uzun müddət bu komandada qalmaq istərdim. Çünki, bu, mənim karyeramda xüsusi önəm daşıyır. Burda yaxşı məvacib verirlər, bu cəhətdən çox yaxşıdı. Növbəti mövsümdə də əsas məqsədimiz Avropa Liqasına və ya Çempionlar Liqasına vəsiqə qazanmaq olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail