"Lans"a gedəcək azərbaycanlı: "Zəng elədilər ki, sənədləri gətir, çox sevindim" AÇIQLAMA

21.12.2013 | 6353 dəfə oxunub

Bildiyiniz kimi qışdan sonra “Bakı”nın beş gənc futbolçusu “Lans”ın əsas komandasına göndəriləcək. Paytaxt klubu əməkdaşlıq etdiyi klubla razılığa da gəlib.

“Bakı”nın 5 istedadlı gənci komandasının təlim-məşq toplanışından sonra yollanır Fransaya. Onlar arasında Mahir Mədətovun adı çoxdan məlum idi. Bu futbolçunun hətta iki ay əvvəl “Atletiko”nun B komandasına gedəcəyi gözlənilirdi. Ancaq nə baş verdi, nə oldusa gediş baş tutmadı. İndi də ona deyiblər ki, “Lans”a göndəririk səni.

Fransa klubuna gedən oyunçulardan biri də Ülvi Süleymanovdu. Əvəzedici heyətin 10 nömrəsi hesab edilir. Bu tək formasında nömrəyə görə deyil. Süleymanov meydandakı işi ilə də buna layiq olduğuna sübut etmək istəyir. Əsas komandanın da məşqlərinə cəlb edilən Ülvi Fransaya gedişi haqda Stadium.az-a açıqlama verdi: “Düzdü, “Lans”a gedirəm. Deyiblər ki, gələn ay “Bakı”nın heyətində İspaniyaya təlim-məşq toplanışına yollanacağıq. Oradan da Fransaya “Lans”ın heyətinə. Açğını desəm bu barədə heç bir məlumatım, nə də xəbərim var idi. Birdən zəng gəldi ki, sənədlərini yığ gətir. Çox sevindim”.

Gənc futbolçu “Lans”da adından söz etdirəcəyini də bildirib: “Ora gedən beş futbolçunun hamısı özünə inanır ki, gedir. İnanmasaq heç nə əldə edə bilmərik. Özümüzə çox inanırıq. Bacardığım qədər “Lans”ın oyunlarına da baxıram. Uyğun olsa da, olmasa da orada özümü ən yaxşı tərəfdən göstərib Azərbaycan və “Bakı”nı uğurla təmsil edəcəyəm”.

Sonda isə Süleymanovun fikirləri daha maraqlı oldu: “Orada biz bir il qalacağıq. Hamımızın əsas komandada möhkəmlənmək imkanı var. Azərbaycan futbolunun inkişafına görə orada qalmağa, özümüzü sübut etməyə ehtiyacımız var. Evdəkilərim özləri də çox sevindilər. Mənə uğur arzu etdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail