Serbiyalı "Bakı" ilə müqavilə imzaladı: "İllik qazancımı açıqlamaq istəmirəm"

21.12.2013 | 5708 dəfə oxunub

2013-cü ildə "Bakı"ya böyük ümidlərlə gətirilən Risto Ristoviç istəniləni verə bilmirdi. Milinko Pantiç serb yarımmüdafiəçidən konkret olaraq əlini üzmüşdü. Hətta qış "transfer pəncərəsi" vaxtında Ristonun komandadan göndəriləcəyi də bildirildi. Pantiç həmyerlisinə heç güvənmirdi.

Ancaq 10-cu turda Ristoviçin bəxti açıldı. Komandada zədəli və cəzalıların çox olmasına görə Pantiç Ristoviçə əsas heyətdə yer verməli oldu. Hücumameyilli yarımmüdafiəçi AZAL-la oyunda müdafiənin sol cinahında yer aldı. Özünü yaxşı tərəfdən göstərib Pantiçin gözünə girdi. Həmyerlisidi də bir az da şirin dillə Milinkonu "bişirdi". Turlar keçdikcə, cari mövsüm oyun görməyən Risto əsas heyətin əvəzedilməzinə çevrildi. Artıq Pantiçi əla ala bilmişdi.

Hətta öz istədiyini də etdirdi. Risto bir-iki turdan sonra artıq hücumameyilli oynayır, cərimə zərbələri zamanı isə topu ona verirdilər. Adamın Allahı var hərdən-bir elə zərbələri var ki, "Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte mat-məəttəl qalır. Qışda göndəriləcəyi deyilən Risto bir anda komandanın aparıcı üzvü oldu. “Bakı” onu əlindən buraxmamaq üçün onunla tez-bazar müqavilə imzalayıb.

Paytaxt təmsilçisi dünən Ristoviçlə ilyarımlıq müqaviləyə qol çəkdirib. Qazaxstan və Serbiya klublarından təklif almış futbolçu "Bakı" ilə müqavilə imzaladığına görə onları "qırmalı" olub. Serbiyalı futbolçu müqavilə haqda Stadium.az-a danışıb: “Düzdü, təzə gələndə məni oynatmırdılar. Ancaq mən heçnədən küsmədim və məşqlərimi daha həvəslə etməyə başladım. Baş məşqçi də məndə olan bu həvəsi görürdü. Digər tərəfdən futbolçuda gərək şans da olsun. Şansımı gözlədim və axırda gəldi. Meydana çıxdım özümü göstərdim, əsas heyətdə özümə yer elədim.

Pantiç indi mənə çox güvənir. Hər oyundan əvvəl deyir bunu. Mən də buna görə çox sevinirəm. Müqavilə məsələsinə gələndə, məni istəyən klublar var idi. Amma düzü burada qalmağı çox istəyirdim. Çünki mənim çox xoşum gəlir burada şəraitdən, futboldan hər şeydən. Özüm də öyrəşmişəm buraya. Klub da, mən də yeni müqavilə imzalamaq istədik. Çox sevinirəm ki, “Bakı”dayam. İllik qazancımı isə açıqlamaram. Bu düzgün sayılmır. Qarşıdakı oyunlarda da “Bakı” üçün əlimdən gələni edəcəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail