200-cü qol "Neftçi"nin qapısına vuruldu

21.12.2013 | 4062 dəfə oxunub

Premyer Liqanın 2013/14 mövsümündə 200-cü qol vurulub. Yubiley topunun müəllifi AZAL-ın oyunçusu Con Oluremi olub.
 
Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,18-ci turun “Neftçi” ilə ev oyununda hesabı açan futbolçu mövsümün 200-cü qolunu vurub.
 
Belə ki, ilin son turu ərəfəsində çempionatın 85 qarşılaşmasında 196 qol vurulmuşdu. Son oyun gününün 4-cü qolu yubiley xarakteri daşımalı idi. “Neftçi” ilə görüşün 19-cu dəqiqəsində fərqlənən Con da bu yubiley qolunun müəllifi adını qazanıb.
 
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadır. Conun komanda yoldaşı 9-cu turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi.
 
Başa çatan ilk 2 dövrədə isə ümumilikdə 213 qol qeydə alınıb. Baş tutan 90 qarşılaşmada orta məhsuldarlıq 2,37-yə bərabər olub. 1-ci dövrənin 45 matçında bu rəqəm 2,33-ə, 2-ci dövrədə isə 2,40-a bərabərdir. Dövrələr üzrə müvafiq olaraq 105 və 108 top vurulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail