"Qəbələ" Braziliyada 6-cı oldu

23.12.2013 | 3909 dəfə oxunub

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Braziliyanın Araponqas şəhərində keçirilən "Laranja Mekanika" beynəlxalq turnirində iştirakına yekun vurub. Stadium.az xəbər verir ki, qrup mərhələsini 3-cü pillədə tamamlayan "qırmızı-qaralar" son matçda - turnirin 5-ci yeri uğrunda oyunda Mərakeş təmsilçisi "Mohammed VI" ilə üz-üzə gəlib. 

Matçda hesabı açan tərəf ərəblər olub. Ruhdan düşməyən "Qəbələ" final fitinədək status-kvonu bərpa etməyi bacarıb. Elmiz İsmayılov bərabərlik qoluna imza atıb. Qalib müəyyənləşmədiyindən, tərəflər penalti duelində üzləşiblər. Bu mərhələdə daha dəqiq oynayan mərakeşlilər 5:4 hesabı ilə qalib gəliblər. Beləliklə, "Qəbələ" turniri 6-cı yerdə tamamlayıb.

“Qəbələ” qrup mərhələsində Braziliyanın “Laranja Mekanika” (0:3), “Palmeyras” (0:1) klublarına məğlub olmuş, sonuncu turda isə BƏƏ “Əl-Əhli”si ilə heç-heçə etmişdi – 1:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail