Qurban Qurbanov bacısı oğlunu göndərir

23.12.2013 | 4337 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir futbolçu ilə bağlı qərar verib.Baş məşqçi qış fasiləsindən sonra Tural İsgəndərovu komandada görmək istəmir. 

 

Belə ki, Qurbanov bacısı oğlunun təcrübə toplaması və gələn mövsümdən əsas heyətdə oynaya bilməsi üçün icarəyə verilməsini istəyir. "Qarabağ" 21 yaşlı hücumçunu Premyer Liqa təmsilçilərindən birinə mayadək icarəyə verəcək.

 

Qeyd edək ki, Qurbanov cari mövsümdə bacısı oğluna cəmi bir Premyer Liqa matçında oynamaq şansı verib. "Qəbələ" ilə avqustun 25-də keçirilən matçın 65-ci dəqiqəsində meydana çıxan Tural 25 dəqiqə oynayıb. İsgəndərov 2009-cu ildən "Qarabağ"ın əsas heyətində 20 oyun keçirib. 

 

"Qarabağ"ın Turaldan başqa daha bir neçə gənc üzvünü icarəyə verməsi gözlənilir.


fanat.az
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail