Aftandil Hacıyev qol haqqında nə dedi?

14.12.2010 | 3130 dəfə oxunub

«Qarabağ»ın «Simurq»u məğlub etməsi bir sıra amillərlə əlamətdar olsa da, oyuna 2-ci hissədə daxil olan müdafiəçi Aftandil Hacıyevin qol vurması da diqqəti cəlb etdi. Cari mövsüm 3-cü dəfə meydana çıxan Aftandil qol vurmaqla yanaşı əla oyunuyla da «göz» doldurdu: «Təbii ki, komandamızın qələbəsi daha önəmlidir. Admir Telinin zədələnməsindən xəbərim yox idi. Müşfiq müəllim fasilənin sonuna yaxın mənə yaxınlaşdıki, tez hazırlaş. Oyuna girərkən Qurban müəllim məni təcili təlimatlarını verdi. İlk andan öz oyunumu oynamağa çalışdım. Çempionatın 2-ci turunda MOİK-lə oyundan sonra zədələnmişdim. Zədəmi sağaltdıqdan sonra forma yığmağa vaxt lazım idi. Baş məşqçimiz özü hər şeyi görürdü. Öz üzərimdə daim çalışıb vaxtımı gözləyirdim».

rn

2007-ci ildən «Qarabağ»da çıxış edən 29 yaşlı müdafiəçi 2007-2008 mövsümündən sonra («Bakı»yla 1:1) ilk dəfə çempionatda qol vurdu. Maraqlıdı ki, Hacıyev «Qarabağ»da cari mövsümdə qol vuran ilk müdafiəçi olmaqla yanaşı, komandada fərqlənən 5-ci futbolçu oldu (Buna qədər Georgi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev və Emin İmaməliyev fərqlənmişdi). Maraqlıdı, görəsən, Aftandil özü qol vuracağını gözləyirdimi: «Komandamıza mütləq olaraq qələbə lazım idi. Ona görə də təbii ki, qol vurmaq lazım idi. Qol vurulan epizodda standart vəziyyətdən sonra geri qayıtmadım. Cərimə meydançasında gözlədim. Nə deyə bilərəm? Yəqin, qismətimdə qol vurmaq varmış. Komandamız üçün qələbə çox vacib idi. Əsas odu ki, qələbə qazanaraq «6»lıqda qaldıq».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail