Böyükağa Hacıyev: "Gərək Berti Foqts yeni mövsümdə milli ilə 15 xal toplasın" - MÜSAHİBƏ

24.12.2013 | 4642 dəfə oxunub

"Neftçi" klubunun prezidentinin müşaviri Böyükağa Hacıyev mətbuata  müsahibəsində Berti Foqtsla müqavilə müddətinin uzadılmasından, Mahir Şükürova mükafat verilməməsindən və milli çempionatdan danışıb.

- İlk olaraq, Berti Foqtsun yenilənən müqaviləsi barədə fikrinizi bilmək istərdik. AFFA-nın alman məşqçini postunda saxlayacağını gözləyirdinizmi?
- Berti Foqtsun Azərbaycan millisində işini davam etdirməsi sensasiya deyil. Mətbuatda oxuduqlarımızdan hiss olunurdu ki, Foqtsun Azərbaycan millisində inkişafa nail olduğunu göstərmək istəyirlər. 9 xal toplamaqla onun işinin öhdəsindən gəldiyini düşünürlər. Mən istərdim ki, Foqtsun rəhbərlik etdiyi millimiz bu xalları seçmə mərhələnin əvvəlindən toplamağa başlasın. Son turlarda bütün komandaların qrupdakı mövqeyi məlum olur və yalnız bundan sonra Azərbaycan millisi xal toplamağa başlayır. Ölkəmizdə daha çox vaxt keçirsə, yeni adlar kəşf edə bilər. Altı ay biz Araz Abdullayevin milliyə lazım olduğunu dedikdən sonra o, futbolçunu komandaya dəvət etdi və haqlı olduğumuzu gördü. İndi "İnter"dən Asif Məmmədov, "Sumqayıt"da Elşən Abdullayev, Slavik Alxasova diqqət etsin. Onlar çox yaxşı oyun nümayiş etdirir.

- Yeni mövsümdə millinin qarşısında hansı hədəf olmalıdır?
- Mənim fikrimcə yığmanın çıxışını toplanmış xallarla ölçmək düzgün deyil. Qrupda konkret yer uğrunda oynamaq lazımdır. 9 xallı nəticəni qənaətbəxş hesab edirlərsə, onda yeni seçmə mərhələdə 15 xal toplamaq lazımdır. Amma bu 15 xal bizə nə verəcək? Artıq qrupda 3-cü yer uğrunda və ya final mərhələsi uğrunda mübarizə aparmağın vaxtıdır. Millinin potensialı yetərincədir. Altı ilə yığılmış 9 xalla kifayətlənmək olmaz.

- Deməli siz 9 xalı uğurlu nəticə hesab etmirsiniz?
- Əgər biz 9 xala seviniriksə, onda bu qədər pul xərcləməyə ehtiyac yoxdur. Dünyadakı bütün futbolçuların iki ayaq, iki əli və bir ürəyi var. Futbolçularımızı daha böyük uğurlara kökləmək lazımdır. Foqtsa deyilib ki, klub məşqçiləri ilə qarşılıqda olsun. Mən bunun lehinəyəm. Hələ o vaxt sizə demişdim ki, klublardakı hazırlıqdan narazıdırsa, öz proqramını versin, elə işləyək. Onda millidə də problem olmaz. Sadəcə, mənə İcrakomda qəbul olunan bir qərar aydın olmadı. Bu da, fiziki hazırlıq üzrə məşqçilərin təyinatıdır.

- Nə üçün aydın olmadı?
- Məndə olan məlumata gör,ə klublara əcnəbi fiziki hazırlıq məşqçiləri təklif olunur. Bunu düzgün saymıram. Hansı əcnəbi məşqçi klublarımızla uğur qazandı? Legioner məşqçilər bizə nə verdi ki, indi fiziki hazırlığı onlara tapşıraq. Azərbaycan futbolunun problemini bizdən yaxşı bilən yoxdur. Belə qərarlar qəbul edəndə, azərbaycanlı mütəxəssislərlə məsləhətləşmək lazımdır. Hər halda bizim məşqçilər futbolumuzu daha dərindən tanıyır.

- Berti Foqts eyni zamanda yoldaşlıq görüşlərinin sayının artmasını tələb edib...
- Düz deyir, daha çox oyun keçirmək lazımdır. Amma Qırğızıstanla, Estoniya ilə yox. Nə qədər bizi Qırğızıstanla yoldaşlıq görüşləri ilə aldadacaq? Yoldaşlıq görüşündə millinin gücünü görmək lazımdır. Qırğızıstandakı meydançanı görəndə adam futbola baxmaq istəmirdi.

- Milli çempionatda iki dövrə başa çatdı. Komandaların oyununda irəliləyiş varmı?
- Bilirsiniz, mən elə düşünürdüm ki, "Neftçi", "Qəbələ" və ya "Qarabağ" indiki vəziyyətdən istifadə edəcək. Çempiontın ilk yarısında mümkün qədər xal fərqi yaratmaq lazım idi. Onda fevralda oynamaq bir qədər asan olacaq. Amma klublarımız bunu etmədi. İndi xal fərqi 1-2 xaldı. Heç olmasa 6-7 xal fərqi yaratsa idilər, daha arxayın oynamaq olardı. Fasilədən sonra hamı heyəti möhləmləndirəcək. Tam fərqli oyun olacaq. Bu günün liderlər qrupunda qərarlaşmış komandası, ciddi şəkildə xal itirə bilər. Bu mənada üç komandanın sona qədər mübarizə aparacağı dəqiqdir. Digərləri onlardan xal almaqla kifayətlənəcək.

- "Neftçi"nin qeyri-sabit oyunu nə ilə əlaqədardır?
- Doğma komandamın oyunu haqda danışmaq istəməzdim. Məndən sonra klubda məşqçilər korpusu işlədi. İndi Nazim Süleymanov çalışır. Onlar komandanın içindədir. Mən sadəcə, klub prezidentinin müşaviriyəm. Yalnız rəhbərliyə lazım olanda hesabat verirəm. İndiki halda mətbuatda komandanın oyunundan danışmaq düzgün olmaz.

(azerisport.az) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail