Nazim Süleymanov baxışa çağırdığı oyunçuları bəyənmədi

19.06.2011 | 3684 dəfə oxunub

AZAL-ın baxışa dəvət etdiyi futbolçuların çıxışı komandanın baş məşqçisi Nazim Süleymanovu qane etməyib. Gənc mütəxəssis legioenerlərin hazırlığından razı qalmayıb. Stadium.Az xəbər verir ki, bu barədə Süleymanov özü məlumat verib:

"Baxışa çağırdığımız futbolçular xoşumuza gəlmədi. Hazır gəlməyiblər. Bilirsiniz ki, Avroliqada oynayırıq. Bizə hazır futbolçular lazımdır. Onları çempionat oyunları üçün götürmürük ki. Komandaya hər futbolçunu almırlar. O, heç olmasa heyətdəki futbolçulardan üstün olmalıdır. Bu futbolçuları göndərəcəyik. Hələ ki, gözləmə mövqeyində olacağıq. Yeni oyunçular gəlməlidir".

Baş məşqçi 4 futbolçudan yalnız biri ilə müqavilə bağlamaq istədiklərini bildirib: "Onların arasında yalnız Vladimir Cilasın oyunu məni qane etdi. Ola bilsin ki. bu hücumçu ilə müqavilə bağlayaq. Bunun üçün Vaqif Qasımovun İsveçrədən qayıtmasını gözləyirik".

Süleymanov birinci təsnifat mərhələsindəki oyuna hazırkı heyətlə çıxacaqlarını istisna etməyib: "Maraqlandığımız oyunçular var. Yerli futbolçulara üstünlük verəcəyik. Ancaq hələlik baxışda yeni oyunçu yoxdur. Böyük ehtimalla birinci təsnifat mərhələsinin oyununa əlimizdəki heyətlə hazırlaşacağıq".

Qeyd edək ki, AZAL-da baxışda olan futbolçular serbiyalı hücumçu Vladimir Cilas, onun həmyerliləri mərkəz müdafiəçisi Neboja Skoplyakla hücumçu Marko Paviçeviç və albaniyalı yarımmüdafiəçi Jetmir Sefa idi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail