Baçana Tsxadadze: 2013-cü ilin bombardiri

30.12.2013 | 5343 dəfə oxunub


"İnter" klubunun rəsmi saytı 2013-cü ilin yekunlarıyla bağlı yazılar təqdim etməkdə davam edir. İndisə başa çatmaqda olan ilin ən yaxşı bombardirini müəyyənləşdirmək vaxtıdır.

Belə ki, 39 rəsmi oyunda “İnter” rəqiblərinin qapısından 60 top keçirib. Bu oyunlarda komandanın heyətində 18 futbolçu fərqlənib. 2013-cü ildə “İnter”in heyətində fərqlənə bilmiş ən gənc futbolçu Fuad Bayramov, ən böyüyüsə Aleksandr İaşvili olub.
 
Başa çatmaqda olan ildə “İnter”in ən yaxşı bombardiri Baçana Tsxadadze olub, onun aktivində 11 qol var. Forvard 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kuboku oyunlarında və 2 dəfə də UEFA Avropa Liqası matçlarında fərqlənib. B.Tsxadadze ən çox “Rəvan” komandasının qapısından top keçirib-4. “Bakı” komandasının qapısından keçirdiyi qolların sayı 3-ə bərabərdir. “Xəzər-Lənkəran”, “Mariehamn”, “Tromse” və AZAL ilə keçirilən oyunlarsada 1 dəfə qol sevinci yaşayıb. Məhsuldarlığa görə ikinci yeri “İnter”in kapitanı Vaqif Cavadov tutur. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.
 
Aşağıdakı cədvəldə 2013-cü ildə fərqlənmiş futbolçularımızın tam siyahısıyla tanış ola bilərsiniz.
 
Futbolçu
Qollar
Qol vurduğu koamnda
1Baçana Tsxadadze
11
4-Rəvan", 3-"Bakı",1-"X-L","Mariehamn","Tromse",AZAL
2Vaqif Cavadov
10
3-"Neftçi", 2-"Sumqayıt",1- "Mariehamn","Qarabağ","Qəbələ","Rəvan","Bakı"
3Asif Məmmədov
8
2-"Şuşa",1-"Х-L","Bakı","Qəbələ","Mariehamn","Rəvan",AZAL
4Yuri Fomenko
5
2-"Simurq",1-"Qəbələ","Bakı","Qarabağ"
5Aleksandr İaşvili
4
2-"Şuşa",1-"Bakı","Neftçi"
6Matiya Şpiçiç
3
1-"Bakı","Х-L","Şuşa "
7Samir Zərgərov
2
1-"Х-L","Qəbələ"
8Daniel Genov
2
2-"Simurq"
9Ramil Mansurov
2
1-"Simurq","Qəbələ"
10Brüs Abdulaye
2
2-"Rəvan"
11Ruslan Əmircanov
2
1-AZAL,"Şuşa"
12Abdulla Abatsiyev
2
1-"Şuşa","Sumqayıt"
13İlia Kandelaki
1
"Bakı"
14Fuad Bayramov
1
"Qarabağ"
15Arif Daşdəmirov
1
"Qəbələ"
16Leo Roşa
1
"Bakı"
17Slavço Georgiyevski
1
"Qəbələ"
18İlqar Ələkbərov
1
"Simurq"
19Adil İbrahimov(Avtoqol)
1
"Sumqayıt"
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail