Ardanı "Atletiko"da saxlayan Hafiz Məmmədovdur

31.12.2013 | 6794 dəfə oxunub

İsveçin ən böyük azarkeş saytlarından olan svenskafans.com-da Madridin “Atletiko” klubu ilə bağlı yazı dərc edilib. 

Stadium.az xəbər verir ki, Zoran Zoriç öz bloqunda azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Atletiko”nu rəsmən himayəsinə götürməsini 2013-cü ildə bu klub üçün əsas hadisələrdən biri kimi dəyərləndirib. Yazıda Madrid təmsilçisinin uzun oyunlara üzərində “Land of fire Azerbaijan” (hazırda Baku-2015 – red.) sözləri ilə yazılan formayla çıxdığı xatırladılıb.

Həmçinin bu mövsüm “Atletiko”da uğurlu oyunu ilə diqqət çəkən  Arda Turanın Madrid klubunda qalmasında Hafiz Məmmədovun rolu olduğu bildirilib. Türk futbolçu ötən mövsüm, elə bu ilin özündə də İngiltərə Premyer Liqa klublarının hədəfində olsa da, azərbaycanlı iş adamının sayəsində İspaniyada qalıb. Yazı müəllifi bu addımına görə Hafiz Məmmədova təşəkkürünü bildirib.

Eyni zamanda yazıda hazırda Məmmədovun prezidenti olduğu “Bakı”nı  “Atletiko”da çıxış etmiş Milinko Pantiçin çalışdırdığı bildirilib. “Biz ümid edirik ki, Pantiçin sayəsində “Bakı” Azərbaycan çempionatında uğurlu çıxış edərək Avropa kuboklarında oynamaq hüququ qazanacaq” – deyə bloqqer qeyd edib.

Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail