Arif Əsədov püşkdən razıdır

20.06.2011 | 5839 dəfə oxunub

"Deməzdim ki, püşkdə bəxt amili böyük rol oynadı. Onsuz da Çempionlar Liqasında zəif komanda yoxdur". Bu fikirləri Stadium.Az  saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib. 

rnHazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan komandamızın gənc çalışdırıcısı ÇL-in II təsnifat mərhələsində rəqibini orada öyrəndi. Əsədov Zaqreb "Dinamo"sunu güclü saysa da, ruhdan düşmür: "Dinamo" Xorvatiyanın ən köklü klublarından biridir. Son illərdə hər mövsüm çempion olur. Çempionlar Liqasında böyük təcrübəyə malikdir. 2007-ci ildə "Xəzər Lənkəran"ı 2 oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Əlbəttə, Zaqreb "Dinamo"su güclü rəqibdir. Ancaq biz də özümüzü zəif saymırıq".
rnƏsədov rəqibin cütün favoriti olmasını qəbul edir: "Dinamo" təcrübəsi böyük olduğuna görə favorit ola bilər. Bildiyiniz kimi, "Neftçi" çoxdandır avrokuboklardan kənarda qalıb, Çempionlar Liqasında sonuncu dəfə 2005-ci ildə oynayıb. Ancaq istənilən halda, şansları bərabər sayıram. Əsas rəqibi düzgün qiymətləndirib, buna uyğun hazırlaşmaqdır. İkinci hazırlığı keçəcəyimiz Avstriya Xorvatiyaya yaxındır. Ona görə də ilk oyunu səfərdə keçirəcəyimizdən, orada daha çox qalıb, birbaşa Xorvatiyaya gedə bilərik. Hazırda rəhbərlik bunun üzərində işləyir". 
rnBaş məşqçi ilk oyunu səfərdə keçirməyi üstünlük saymır: "Deməzdim ki, ilk oyunu səfərdə keçirməyimiz üstünlükdür. Onsuz da həm orda, həm də burda oynamalıyıq. Əsas ev və səfər görüşlərində düzgün oyun modelini qurmaqdır. Əslində, güclü rəqiblə oynamaq yaxşıdır. Bu, futbolçuların təcrübəsini artırır. Güclü rəqibi keçmək stimul yaradır, oyunçularımızın motivasiyasını artırır. Komandamız güclü rəqiblə ikiqat əzmlə oynayır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail