"Bakı"nın istədiyi stoperin adı məlumdu

06.01.2014 | 5446 dəfə oxunub

"Bakı" qışda heyətdə bəzi dəyişikliklərə gedəcək. Təbii ki, Milinko Pantiçin narazı olduğu oyunçular və gücləndirmək istədiyi mövqelər var. Əsasən də müdafiə xətti serbiyalını yaman narahat edir. Pantiç Aqil Nəbiyevi göndərib Ruben Qonzalesi komandaya cəlb etdi ki, müdafiənin mərkəzində problem qalmasın. Ancaq əsas problemlər elə ispaniyalının gəlişindən sonra baş qaldırdı.



Hazırda paytaxt klubuna stoper təklif edilib. Stadium.az xəbər verir ki, komandaya təklfi edilən müdafiəçilərdən biri hazırda karyerasını Rusiyada davam etdirən Nemanya Tubiçdi. Serbiyalı stopper hazırda "Krasnodar"ın formasını geyinir. Saytımıza danışan Tubiç "Bakı"ya keçə biləcəyini deyib: "Yanvarda “Krasnodar”la müqaviləm başa çatacaq. Hələ indidən hansı qərarı verəcəyimi bilmirəm. Təkliflər var, onları dəyərləndirirəm. Menecerim bütün işlərimlə məşğuldu. Azərbaycandan “Bakı” və digər klub da var. Açığı, “Bakı” vəİnter” haqda məlumatlıyam.


Mən “Karpatı”da oynayanda Roşa Batista “Bakı”da idi. Mənim yaxın dostumdu. Sonra bir yerdə Lvov klubunda oynadıq. Mənə ölkəniz və klub haqda danışmışdı. Ola bilsin ki, qismət oldu, gəldim “Bakı”ya”. 29 yaşlı müdafiəçi “Partizan”ın yetirməsi olsa da, “Çukariçki”də tanınıb. “Radniçki” vəGenk”də forma geyinmiş Tubiç 2009-cu ildə “Karpatı”ya transfer edilib. 2011-ci ilin yayında isəKrasnodar”la 3 illik müqaviləyə qol çəkib. Rus klubunda 59 oyun keçirib və bir də qol vurub. Cari mövsüm 9 oyunda iştirak edib.


Hazırda komandanın aparıcı üzvü hesab edilir. Sərt oyunu ilə seçilən müdafiəçi olsa da, bu il hələ sarı vərəqə ilə də cəzalandırılmayıb. Tubiçin transfer qiyməti 600 min avro dəyərindədi. Müdafiənin mərkəzində boşluqlar olduğundan, Pantiç Tubiçi komandaya gətirməyə məcburdu. Paytaxt klubu ucaboy müdafiəçi ilə problemi aradan qaldıracağına əmindi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail