"Bakı"nın üzvü "Lans"a gedəcəyindən xəbərsizdi?

06.01.2014 | 3828 dəfə oxunub

"Mətbuatdan oxudum ki, İspaniyaya, ordan da Lansa gedirik. Ancaq mənim heç nədən xəbərim yoxdu vallah. Elə mətbuatda gördüm xəbərləri. Oxuyanda çox təəccübləndim. Çünki heç nədən xəbərim yox idi. “Lans”a getmək söhbətim yox kimidi. İnanmıram gedəm. Dəqiqləşsə, danışarıq bu haqda. O biri uşaqların gedəcəyini hamı bilirdi. Ancaq mənim adım son anda portallarda hallandı. Klubda heç kimdən belə söhbət eşitməmişəm".


Bu sözləri Stadium.az-a açıqlamasında "Bakı"nın gənc üzvü Vüqar Bəybalayev dedi.


"Mənim yox, başqa adamın gedəcəyini eşitmişdim. Ona görə deyirəm, məşqçimizin və ya rəhbərlikdən kiminsə özündən eşitməsəm, inanmaram. Bu barədə düşünmürəm də. Arada bir “Lans”ın oyunlarının icmalına baxıram. Özümü orda görürəm, ya yox? Açığı, heç bu barədə düşünməmişəm. Dəqiq deyil axı ora getməyim. Ona görə də başımı bu işlərə qatmıram. Milino Pantiç və ya klub rəhbərlərindən kimsə nəsə deməyənə qədər ora gedəcəyimə inanmaram. Əgər belə şey olsaydı, çoxdan deyilərdi mənə" deyə Vüqar fikirlərini tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail