"Qalatasaray"a qol vuran Azərbaycanda oynayacaq!

06.01.2014 | 4949 dəfə oxunub

HazırdaKarpatıformasını geyinən Sergey Zenyov bizim klubların maraq dairəsindədi. 2008-ci ildən Lvov təmsilçisinin uğurları üçün tər tökən Zenyov elə indinin özündə də komandanınvuran ayağısayılır. Cari mövsüm Ukrayna Premyer Liqasında 16 oyuna çıxan eston forvard 5 dəfə fərqlənib. Amma o, durumdan narazıdı. Məsələ burasındadı ki, 1989-cu il təvəllüdlü hücumçu əsas heyətdə daima oynamır. Baş məşqçi Aleksandr Sevidov 1-ci turu çıxmaq şərtiylə, Zenyova bütün oyunlarda sonradan şans verib. Buna görə də düşərgəsini dəyişmək istəyir. Onunla yerliSevastopolla yanaşı, DanimarkadanOlborqmaraqlanır. Azərbaycandan gələn təklif isə Zenyovu fikrindən daşındıra bilər.

1989-cu ildə Estoniyanın Parnu şəhərində dünyaya gələn forvardın ilk klubu yerliParnu Vaprusdu. Aşağı liqada yarım il keçirəndən sonra onuTVMK Tallinöz heyətinə cəlb edib. Bir mövsümə 33 oyuna çıxan və 17 qol vuran qoleador Karpatıya 2008-də yollanıb. Aktivində 125 matça 17 qol var. Milliyə 5 ildi dəvət aoan Zenyov 32 görüşdə 7 dəfə fərqlənib. Ötən ay yığmamızda Tallində keçirilən yoxlama görüşündə bərabərlik qolu da ondan gəlib. O, 2010-ci ildə Avropa Liqasının pley-off görüşündəQalatasarayla səfərdə 2:2 başa çatan oyunda qol vurmaqla tanınır. Bu futbolçunun hansı kluba gələcəyi ilə bağlı dəqiq məlumat verilmir. Ukrayna futbolu ilə yaxından əlaqəsi olan bir şəxs var - Yuri Syomindi. Həmkarlarımız israr edir ki, Kiyev «Dinamo»sunun sabiq çalışdırıcısı estoniyalı ilə 2 dəfə telefon əlaqəsi saxlayıb. Rusiyalı çalışdırıcının ona əsas heyət vəd etdiyi bildirilir.

Zenyovunİnterə keçidini də gözləmək olar. Kaxaber Sxadadze 5 aydı hücumçu axtarışına çıxıb. Amma transfer qiymətinin 400 min dollar civarında dəyişməsi transferi əngəlləyə bilər. “Barselonada oynamağı arzu edən Zenyov əla driblinqlə yanaşı, başla da yaxşı oynayır. 2007-ci ildə Estoniyada ilin ən yaxşı gənc futbolçususeçilib. Gürcü mütəxəssisin rus menecerlərin vasitəsilə baltikalıya görüşmək təklif etdiyi bildirilir. Ya Kiyevin özündə, ya da Moskvada. Ukrayna qəzetçilərinin fikrincə, «İnter»in çalışdırıcısı Zenyovla ardıcıl 100 dəfə də görüşsə, razılığını ala bilməyəcək. Belə ki, o, maaşı və mükafatı az klubların dəvəilərini bundan öncə də rədd eləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail