İlqar Qurbanov: "İnter"in məni istəməsindən xəbərim var"

07.01.2014 | 5848 dəfə oxunub

Mövsüm başlayandan bəri "Qarabağ"da oynamaq şansı tapmayan ilqar Qurbanov komandada qalacaq. Qurban Qurbanovun az-az şans verdiyi futbolçu özü də komandadan ayrılmaq istəmir. Stadium.az-a açıqlama verən İlqar "Qarabağ"dan ayrılmaq istəmirsən" sualına reaksiyası bu cür oldu: "Hara ayrılım? "Qarabağ"la müqaviləm var. Yayda başa çatacaq. Ona kimi elə "Qarabağ"da qalacam". Türkiyədən təklif aldığını gizlətməyən Qurbanov qardaş ölkəyə getmək istəmədiyini bildirib. Səbəbini belə izah edir: “Türk klublarından təklif var. Yalan danışmayacam. Onlar menecerim vasitəsilə əlaqə qururlar. Ancaq oradakı klublar problemlidi. Sözün əsl mənasında baş ağrısıdı. Pul problemi var və hər həftə məşqçi dəyişir. Bütün bunları göz önünə alıb, getmək istəmirəm ora”.

Kaxaber Sxadadzenin komandasında görmək istədiyi İlqar məsələdən agahdı. Ancaq ortada konkret təklif olmadığından gözləmə mövqeyi tutur: “İnter”in məni istədiyindən xəbərdaram. Təklif də gəlmişdi. İnanın, heçkimlə danışmamışam. İstəyən deyəndə, xəbərlər gəlir. Hamı deyir ki, Kaxa səni komandasında istəyir. Amma özü mənimlə danışmayıb".

İlqar "Qarabağ" üçün qışdan sonra çempionatın daha çətin keçəcəyini bildirərək, rəqiblərin güclənəcəyindən çəkinir: “İlk dövrə komandamız üçün yaxşı keçdi. Düzdü, lazımsız xallar itirdik. Amma bütün çətinliyə baxmayaraq ilk dövrəni birinci pillədə başa vurmağı bacardıq. İndi ikinci dövrə birincidən daha çətin keçəcək. Ona görə daha çox çalışıb, daha az səhv etməliyik. Bütün klublar transfer edərək güclənmək istəyəcək. İşimiz daha çətin olacaq”. 27 yaşlı yarımmüdafiəçi son vaxtlar gündəmdə olan Çumbinyo məsələsinə də öz fikrini bildirdi. İlqar deyir ki, Çumbinyo “Qarabağ”da qalsa yaxşı olar: “Komandaya yeni futbolçular gələcək ya yox, bu mənim qarışacağım məsələ deyil. Baş məşqçi uyğun görsə, yəqin gələcək. Çumbinyo “Qarabağ”da birinci dövrədə yaxşı işlər gördü. Təbii ki, getməsini istəmərəm. Güclü futbolçudu. Amma inanmıram ki, getsin. Çünki burada xoşbəxtdi”. 

Futbolçu stabil oynaya bilməməsindən yaman narahatdı. Özü belə deyir: “Daima oynamamağım təbii ki, məni narahat edir. Ancaq bu mənə də xoş deyil. Neyləmək olar? Daha çox işləyib, oynamaq lazımdı. Ehtiyatda qalanda təbii ki, istədiyin formaya da çata bilmirsən. İcarəyə verilməyimlə bağlı danışmamışam sözün düzü. Ehtiyatda oturub başqa kluba əsas heyət üzvü kimi getmək də mənə görə deyil. Özümü sübut etmək istəyirəm. Ehtiyatda oturub bununla barışmaq fikrim yoxdu. Qurban müəllim də ehtiyat qüvvəni normal olaraq pozmaq istəmir. Yenə deyirəm, yaya kimi “Qarabağ”la müqaviləm var. İlin axırındı oturub hər şeyi fikirləşəcəm. İstəyirəm “Qarabağ”la çempion olam”.

Millimizin sabiq üzvü Ağdam klubundan ayrılmaq haqda düşünmədiyini dilə gətirərək, mövsüm sonunu gözlədiyini söylədi: “Mövsüm uzundu. Ayrılmaq haqda heç fikirləşməmişəm. Nə desəm, yalan olar. Bəlkə yayda heç “Qarabağ” məni istəmədi. Ona görə indidən nəsə danışmaq tezdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail