"Kim deyir ki, mən siqarətə görə qovulmuşam?"

07.01.2014 | 4262 dəfə oxunub

2012-ci ilin yayında Almaniya "Köln"ündən "Qarabağ"a transfer olunan Miro Varvodiç bu ayın əvvəlində komandadan göndərildi. Avroliqada bir o qədər də pis təsir bağışlamayan xorvatiyalı qolkiper gözlənilmədən Qurban Qurbanovun “qara siyahısı”na düşmüşdüQapı mövqeyində elə də ciddi problem olmadığı bir vaxtda Ağdam klubunun oktyabr ayında Türkiyə Super Liqasından tanıdığımız bosniyalı İbrahim Şehiçi transfer etməsi təəccüblə qarşılanmaya bilməzdi. Düzdü, klub rəsmiləri Şehiçin transferini Mironun komandadan göndərilməsi üçün atılan addım olmadığını deyirdi. Ancaq hər kəsin gözlədiyi kimi Varvodiç “Qarabağ”dan kənarlaşdırıldı. Xəbərə görə, Varvodiçin komandadan göndərilməsinə səbəb onun siqaret çəkməsi olub. Mironun idmançıya yaraşmayan bu hərəkətindən sonra Qurbanov xorvat "əlcək sahibi"ni heç ilk "18-liy"ə belə daxil etmədi. Komandasında intizam qaydalarına əməl olunmasına üstünlük verən Qurbanov onun bu hərəkətini heç cür bağışlamayıb. Onu da əlavə edək ki, XII turda "Qarabağ"ın "Qəbələ" ilə mühüm qarşılaşmaya hazırlaşdığı bir vaxtda Varvodiç matç öncəsi komandası ilə birgə olmaq əvəzinə, sevgilisi ilə Bakıda gəzintiyə çıxımışdı.

Məlumatın nə dərəcədə həqiqətə uyğun olmasını müəyyənləşdirmək üçün Varvodiçin özü ilə əlaqə saxlamaq istəyirdik. 3 günlük cəhdlərimiz sonunda nəticə verdi və qolkiper Serbiyadan haqqındakı ittihamlara cavab verdi. Düzdü, çox danışmadı, amma sükutu pozdu: “Dostum, bir dəqiqə dayan. Sizə kim deyir ki, mən siqarətə görə qovulmuşam? Yalan söhbətdi, elə hadisə olmayıb. Komandadan göndərilməyimin altında başqa səbəblər yatır. Amma mən bunları sizə açıqlamayacam. Yaxşısı budu, klubdan soruşun. Onlar sizə hər şeyi deyərlər. Heç nə demirlər? (fikirləşir). Deməzlər axı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail