"Məvacib AFFA tərəfindən ödəniləcək"

07.01.2014 | 4366 dəfə oxunub

"Qərarın icrası ilə əlaqədar Premyer Liqada çıxış edən klubların rəsmiləri və idman direktorları ilə müvafiq görüşlər keçiriləcək. Bu istiqamətdə geniş fikir mübadiləsi aparılacaq”. Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiyanın İcraiyyə Komitəsinin ötən ilin dekabrın 18-də keçirilən iclasında qəbul olunan qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Assosiasiyanın rəsmi saytına açıqlamasında baş katib bildirib ki, artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb: “AFFA tərəfindən klublara təyin olunacaq idman direktorları barədə onlara ətraflı məlumat veriləcək. Onu da qeyd edək ki, bu vəzifəyə hazırda fəaliyyət göstərən bəzi idman direktorlarının da təyin olunması istisna edilmir. Amma bütün hallarda idman direktorunun məvacibi AFFA tərəfindən ödəniləcək və görülən işlərin nəticəsinə uyğun olaraq klublara assosiasiya tərəfindən vəsait ayrılacaq".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail