"Xəzər Lənkəran" Antalyada davam edir

08.01.2014 | 3688 dəfə oxunub

Artıq üç gündür ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.

Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara aldı. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynadılar ki, Mustafa Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verildi.

Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail