Böyükağa Hacıyev yenidən "Neftçi"nin baş məşqçisi oldu

08.01.2014 | 6454 dəfə oxunub

Nazim Süleymanovu istefaya yollayan “Neftçi”nin yeni baş məşqçisi  də məlum olub. Stadium.az xəbər ki, Böyükağa Hacıyev yenidən komandanın baş məşqçisi təyin edilib.

Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlubiyyətin ardından "ağ qaralar"ın baş məşqçi postunu tərk etmişdi. 2013-cü il iyulun 17-də Bakıda, iyulun 23-də isə Korçada keçirilmiş görüşlərin əsas vaxtında hesab açılmamış, əlavə vaxtda isə “Skenderbeu” qələbə topunu vurmuşdu – 1:0.
 
55 yaşlı mütəxəssis daha sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə gətirilmişdi. Komanda isə əvvəlcə onun keçmiş köməkçisi Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusuna tapşırılmışdı. Əhmədov ötən il oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda görüşdə “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Daha sonra baş məşqçi postuna Nazim Süleymanov təyin olunmuşdu. Süleymanovun rəhbərliyi altında “Neftçi” Topaz Premyer Liqasında 8 oyunda 4 qələbə, 1 heç-heçə, 3 məğlubiyyətlə üzləşərək, 13 xal yığa bilmiş və ikinci dövrəni 34 xalla 3-cü pillədə başa vurmuşdu.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail