"Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım"

10.01.2014 | 5245 dəfə oxunub

Qəbələ"yə qoşulduğum gündən komandanın düşərgəsində xoş münasibətlə qarşılaşmışam. Gülərüz, mehriban kollektivimiz var. Komandamızda braziliyalı futbolçuların olması uyğunlaşmamı daha da asanlaşdırdı. Özümü rahat hiss edirəm".

Stadium.az xəbər verir ki, bu sözləri "qırmızı-qaralar"ın sıralarına qış fasiləsində qoşulmuş Rafael Santos klubun rəsmi saytına açıqlamasında söyləyib.

Yeni komandası haqda daha öncə duyduqlarından danışan braziliyalı müdafiəçi "Qəbələ"nin hədəflərindən xəbərdar olduğunu deyib. O, komandasına məqsədlərinə çatmaqda yardım edəcəyinə inandığını vurğulayıb:

"Qəbələ"dən təklif aldıqdan sonra komanda haqda məlumat topladım. Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım. O, Azərbaycan və Qəbələ haqda məni məlumatlandırdı. Dieqo mənə komandanın bazasından, futbol üçün yaradılan şəraitdən danışdı. "Qəbələ"nin mükəmməl meydançaları var. Bu çox diqqətimi çəkdi. 

Daha sonra klub rəsmiləri ilə görüşdüm. "Qəbələ"nin hədəfləri barədə məlumat aldım. Baş məşqçinin bir çox uğurlar qazanmış Yuri Syomin olması qərarımda rol oynadı. Hazırda səylə və əzmlə çalışırıq. Antalya toplanışının sonunadək ideal formada olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. İnanıram ki, komandamın hədəflərinə çatmasında yardımçı ola biləcəyəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail