"Çempionluq indi real görünmür"

10.01.2014 | 3930 dəfə oxunub

Bakının “İnter” klubu 2013-2014-cü il mövsümü üçün məqsədini müəyyənləşdirib. Klub prezidenti Georgi Nikolov Lent.az-a açıqlamasında Avropa Liqasına vəsiqəni hədəflədiklərini bildirib.

Onun sözlərinə görə, çempionluq indiki məqamda real görünmür: “Mövsümün əvvəllərində çoxlu xal itirdik. Sonradan vəziyyət yaxşılığa doğru dəyişsə də, hazırda liderdən 9 xal geri qalırıq. Deyirlər, ümid sonda ölür. Bəxt də üzümüzə gülsə, çempion ola bilərik. Amma indiki məqamda bu, bir qədər real görünmür. Əsas hədəfimiz Avropa Liqasına vəsiqədir”. Nikolov hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “İnter”in yaxın günlərdə heyətini gücləndirəcəyini də açıqlayıb. Lakin o, heyətə maksimum 3 futbolçunun cəlb olunacağını deyib: “Daha çox müdafiə və hücum xəttini gücləndirməyi düşünürük”. Qeyd edək ki, Topaz Premyer Liqasında ilk 2 dövrədən sonra “İnter” 27 xalla 4-cü pillədə qərarlaşıb. 1-ci pillədə isə 36 xalla “Qarabağ” yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail