Samuel Barlay: “Yaman hay-küylü məclis qurursunuz” - MÜSAHİBƏ

13.01.2014 | 6390 dəfə oxunub

Şir dağları”. Heç bildiniz söhbət nədən gedir? AZAL-ın yarımmüdafiəçisi Samuel Barlayın vətəni ispan dilindən tərcümədə məhz bu anlamı verir. Syerra Lonedən olan Barlay artıq 3 ildir ki, Azərbaycanda yaşayır sevimli peşəsiylə məşğul olur. Ölkəsi, ailə həyatı qurması, sevimli yeməkləri, adət-ənənələri, futbola gəlişi, İngiltərənin ən populyar klubunda baxışda olması, qəzetimizin adını dünyaya tanıtması bir sıra digər məqamlar barədə söhbət yəqin ki, oxuculara da maraqlı gələcək.

Samuel Barlay – 1986-ci ildə paytaxt Fritaunda anadan olub. Peşəkar futbolçu karyerasına 17 yaşında ikən start verib. Ampluası yarımmüdafiəçidi. Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandasının formasını geyinib. Peşəkar karyerasının əsas hissəsi Skandinaviya ölkələrində keçib. Son 3 ili Azərbaycan klublarında keçirib. İlk əcnəbi klubu İsveçMalmö olub. Evlidir, iki övladı var.

- Futbola gəlişini necə xatırlayırsan?

- Atam futbolçu olmağımı istəmirdi. Ancaq daxilimdəki hislər daha üstün idi. Tay-tuşlarımla daim məhəllədə top qovardım. Futbola olan sevgimin qarşısını qadağalar da kəsə bilmədi. İnsan qarşısına məqsəd qoyursa, süni əngəllər buna mane ola bilməz. Gərək optimist olasan.

- Necə oldu ki, “Malmödən dəvət aldın?

- 17 yaşadək futbolçular arasında dünya çempionatında milli komandamızın kapitanı idim. İspaniyayla oynayırdıq. Həmin qarşılaşmadahet-triketdim bu, Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşmək üçün kifayət etdi. İlk olaraqMançester Yunaytedməni sıralarında görmək istədi əlbəttə ki, İngiltərə nəhənginin baxışa dəvətini müsbət dəyərləndirdim. Futbolçu həyatı belədi, həmişə istədiyini həyata keçirə bilmirsən. Tale elə gətirdi ki, “Malmöylə anlaşdım. Karyeram ərzində cəmi 1 il Syerra Leone çempionatında top qovmuşam. Müxtəlif ölkələrdə yaşamaq, fərqli insanlarla ünsiyyətdə olmaq mənə olduqca xoşdu.

- “Malmödən icarə əsasında FinalndiyaMarienhaymına, daha sonra isə yenidən İsveçinSiryanskaklubunda oynadın. Bəs Azərbaycana gəlişin necə baş tutdu?

- “Siryanskanın menecerininRəvanla əlaqələri var idi. Məhz onun vasitəsi ilə Azərbaycana gəldim. Artıq 3 ildir ki, ölkənizdəyəm. Bu seçimimə görə qətiyyən peşiman deyiləm.

- Ölkəmizlə kifayət qədər yaxından tanışsan. kimi fərqlər hiss edirsən?

- Bunu əsasən yeməkdə hiss etmək mümkündü. Eyni məhsullardan istifadə olunsa da, Azərbaycan mətbəxinin duzu fərqlidi. Etiraf edim ki, mətbəxinizə öyrəşmək üçün müəyyən zamana ehtiyac duydum. Ancaq indi hər şey qaydasındadı.

- Mətbəximizdən xüsusilə nələri qeyd edərdin?

- Dolmanı çox bəyənirəm, lobya şorbasını tikə-kababı xüsusi qeyd edərdim. Ümumiyyətlə, mətbəxiniz olduqca çeşidlidi istənilən restoranda kifayət qədər dadlı yeməklərə rast gəlmək olar.

- Xarici mətbəxdən hansı yeməklərə üstünlük verərdin?

- Imkanım olsa ancaq spagetti yeyərdim.

- Daha bir maraqlı məqamla bağlı fərqləri söyləməyin maraqlı olardı. Yəqin ki, Azərbaycan toylarında olmusan. Bizim toylar Vətənindəki xeyir işlər arasında fərq barədə danışmağını xahiş edərdim.

- Ölkənizdə cəmi bir dəfə toyda iştirak etmişəm. Yaman hay-küylü, dəm-dəstgahlı məclis qurursunuz. Olduqca böyük ziyafət təşkil olunur. Açığı, yamancana təccüblənmişdim.

- Sizdə toy mərasimi necə keçirilir ki, bizim məclis səni çaşqınlığa salıb?

- Nəzərə alsaq ki, Syerra Leoneni olduqca erkən tərk etmişəm, orda da çoxlu sayda toy mərasimlərində iştirak etməmişəm. Bizdə ilk öncə kilsəyə gedirsən müqəddəs atanın xeyir-duasını alırsan. Sonra isə rəsmi mərasim başa çatdıqdan sonra, ev şəraitində ən yaxın qohumların iştirakı ilə qonaqlıq təşkil olunur. Vəssəlam, bizim toy mərasimləri bununla da yekunlaşır. Sizdə isə nəhəng bir zal götürürlər, dünyanın min bir ləziz təamlarını düzürlər masanın üstünə, hamı rəqs edir, şənlənir. Yaman hay-küy olur.

- Maraqlıdır ki, Syerra Leone əhalisinin 60 faizi müsəlman olduğu halda, sən kilsəni nümunə çəkdin..

- Bəli, doğru qeyd etdiniz, həqiqətən Vətənimdəki əhalinin 60 faizi müsəlmandı. Ancaq mən xristianam bu ənənələrə daha yaxından bələdəm.

Buna baxmayaraq, anamın müsəlman olduğunu qeyd etməliyəm. Hər halda din baxımından ata tərəfini tutmuşam.

- 1990- ildə Syerra Leonedə Vətəndaş Müharibəsi baş qaldırdı. Bu barədə hansı məlumatların var?

- Məlumatım var. Həmin illər yaxşı yadımdadı. Ancaq icazə verin, bu sualınızı cavabsız qoyum. Mənə çox ağırdı həmin hadisələri xatırlamaq bu barədə bəhs etmək.

- Vaxtilə Azərbaycan da Vətəndaş Müharibəsinin astanasında idi. Lakin bunun qarşısını Heydər Əliyev almağı bacardı. Həmin dövrdə İngiltərənin müstəmləkəsi olan Syerra Leonedəki müharibənin kökünü baş nazir Toni Bleyer kəsməyi bacardı. Paralellər apara bilərdin?

- Tamamilə doğru qeyd etdiniz ki, Syerra Leone İngiltərənin nəzarəti altında idi. Onlar da bizdə müharibənin olmasını istəmirdilər bütün bacarıqlarını səfərbər edərək, qarşıdurmaya son qoymağı bacardılar.

- Uilyam Kontonu tanıyırsan?

- (Gülür) Yox, o kimdi ki?

- Syerra Leonenin ən məşhur yazıçısıdı.

- Mütaliə etməyə elə çox vaxtım olmayıb. Məşqlər, oyunlar, toplanışlar...

- Sonuncu dəfə vaxt Vətənə baş çəkmisən?

- Bir ildən bir qədər artıq vaxt ötüb. İmkan düşən kimi yaxınlarıma baş çəkməyə çalışıram. Ancaq özünüz bilirsiniz ki, futbolçu həyatı belədir ki, nadir hallarda boş vaxtın olur.

- Syerra Leonedə qohumlarından kimlər var?

- Anam, bacılarım, qardaşlarım Vətəndədilər.

- Syerra Leonedə əhalinin orta illik gəliri 90 dollar təşkil edir. Yəqin ki, yaxınlarına orda yaşamaq asan deyil.

- Həqiqətən , orta əməkhaqqı ayda təqribən 80 dollar təşkil edir. Lakin müxtəlif təbəqədən olan insanlar yaşayır. Yaxınlarım heç pis dolanmır.

- Yəni yardım əlini heç uzatmırsan?

- İmkan daxilində əlim daim üzərlərində olur. Maddi köməkliyimi əsirgəmirəm.

- Bildiyimə görə ailəlisən...

- Bəli, evliyəm, bir oğlum bir qızım var.

- Necə oldu ki, ailə həyatına qədəm qoydun?

- Bizdə bir qədər fərqlidi. Qız dostunla lap yaxından tanış olursan, bir-birinizi əməlli başlı tanıdıqdan sonra qərar verirsiniz. Artıq 2006- ildən evliyəm.

- Axı deyəsənlipasan”. Nəzərə alsaq ki, Afrikada yaşazaltmaya meyl böyükdür, 20 yaşında evlənməyinə inanmaq olmur.

- Xeyr, mən yaşımı azaltmamışam. ELə olsaydı, bu gün gənclər yığmasında oynayardım. Sadəcə, bayaq da qeyd etdim ki, bizdə gələcək həyat yoldaşınla lap yaxından tanış olmaq adətdir. Bizdə elə alındı ki, evlənməmişdən əvvəl xanımım uşağa qaldı. Yubada bilməzdik.

- Bilirsən ki, İslam dininə görə 4 dəfə nikaha girməyə icazə var.

- (Sözümü kəsərək) Doğrudan?

- Yəqin xəbərin yox idi. Belə bir şansdan faydalanmaq istəmirsən?

- Yox e, mənlik deyil.

- Deyəsən, arvaddan yaman qorxursan...

- Müəyyən məsələlər var ki, xanımım bilməsə yaxşıdı. Ümumilikdə isə, çalışıram ailədə səmimilik hökm sürsün.

- Övladların məktəbə gedir?

- Həmin məsələylə məşğulam. İstəyirəm ingilis dilində məktəbə getsinlər.

- Futbolçu xaricdə müəyyən müddət futbol oynadıqdan sonra həmin dili mənimsəməyə başlayır. Sən necə, bizim dildə nələrisə öyrənməyə çalışmısanmı?

- Oynadığım komandalarda ingilisdilli futbolçular kifayət qədərdi. Üstəlik daim yanımızda tərcüməçi olur. Bu səbəbdən dilinizi öyrənməyə cəhd göstərməmişəm. İsveçdə elə olmuşdu, Finlandiyada da.

- Azərbaycan yığmasının oyunlarını yəqin ki, izləmisən. Syerra Leone komandası ilə müqayisə edə bilərdin?

- Hər iki yığmada fərdi bacarıqları ilə seçilən futbolçular var. Lakin yüksək texnikaya malik olmaqla yanaşı, komanda oyununu da nümayiş etdirmək lazımdı. Zənnimcə, bu komponentdə bizim milli Azrbaycandan bir qədər öndədir. Elə reytinq cədvəlində bu, az da olsa, öz əksini tapır. Ancaq Azərbaycan futbolu günü-gündən inkişaf edir. Ötən ilə nisbətdə bu gün klublarınız daha güclüdürlər tədricən bu inkişaf milli komandanıza da öz təsirini göstərəcək.

- Karyeranı bitirdikdən sonra Azərbaycanda qalıb yaşamaq istəyərdin?

- Hələ buna çox var. Etiraf edim ki, gələcəkdə daha güclü çempionatlarda çıxış etmək istəyərdim. O ki qaldı həmişəlik Azərbaycanda yaşamağıma, bunu öncədən deyə bilmərəm. Bir onu əminliklə söyləyə bilərəm ki, Azərbaycan mənə olduqca doğmadır. İnsanlarınız qonaqpərvərliyi ilə seçilir, istiqanlı həssasdırlar, burada özümü yad adam kimi hiss etmirəm. Bir sözlə, Azərbaycanda məni hər şey qane edir. Buna baxmayaraq, deyə bilmərəm, sabah baş verəcək.

Söhbətləşdi:

Ceyhun ƏLİYEV

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail