"Gözlənilməz xal itkiləri ilə qarşılaşdıq"

13.01.2014 | 3436 dəfə oxunub

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın müdafiəçisi Qara Qarayev komandanın hazırlığını dəyərləndirib. Stadium.az xəbər verir ki, klubun saytına danışan müdafiəçi məşqlərdə var-gücləri ilə çalışdıqlarını deyib:  "Təlim-məşq toplanışı istədiyimiz kimi davam edir. Bütün komanda məşqlərdə var-gücü ilə çalışır. Sevindirici haldır ki, komandada zədəli futbolçu yoxdu. Kapitan Rəşad Sadıqov fərdi də olsa, məşqlərə başlayıb. Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qış fasiləsinə lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir. 

Çempionatda ilk pillədə olmağımıza baxmayaraq, qışdan sonra bizə daha çətin olacaq. İlk yarıda iddialı komandalarla görüşlərdə daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı matçlarda gözlənilməz xal itkiləri ilə qarşılaşdıq. Artıq rəqiblərimiz bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Ona görə indiki məqamda çempionata yaxşı hazırlaşmağımız çox vacibdir. Hər kəs bunu yaxşı anlayır. Hələ 2 həftə burdayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail