Rusiya millisinin üzvü Azərbaycana gəlir

13.01.2014 | 5735 dəfə oxunub

Roman Adamovu yəqin ki,  tanımayan yoxdu. 31 yaşlı Adamov ampluaca hücumçudu. Rusiya milli komandasının sabiq üzvüdü. Stadium.az xəbər verir ki, Volqoqrad “Olimpiya”sının yetirməsi olan Roman Azərbaycan klubuna gələ bilər. Vaxtilə “Şaxtyor”un da formasını geyinmiş forvard 2001-2004-cü illərdə “Rostov”un formasını geyinib. Eyniadlı şəhərin komandasında 62 matçda 11 qol vurmuş Adamov bir mövsüm sonda “Terek”ə keçib. Bir mövsümə Çeçenistan klubunda 30 oyun keçirib və 9 da qol vurub. Ancaq Rusiya Adamovu daha çox “Moskva”nın heyətində keçirdiyi oyunla tanımağa başlayıb.

2006-2008-ci illərdə paytaxt klubunun heyətində Rusiya Premyer Liqasının 63 görüşə çıxan ucaboy hücumçu 24 dəfə qol da vurub. Bu oyunu ilə o, iddialı klubların diqqətini cəlb edib. Kurban Berdiyev 2008-ci ildə onu “Rubin”ə gətirə bilib. Ancaq 4 il məxsus olduğu Kazan təmsilçisinin heyətində cəmi 26 oyun keçirib. “Krılya Sovetov” və “Rostov”da icarə əsasında çıxış etmiş hücumçu 2012-ci ildə müqavilə ilə “Rostov”a keçir.  Burada da çox tab gətirə bilməyən Roman 2012-ci ildə yenidən legioner həyatı yaşamaq qərarına gəlib. Bu səbəblə o, yüksəlişdə olan Çexiyanın “Viktoriya” klubuna keçib. Plzen təmsilçisinin heyətində indiyə kimi 6 oyun keçirərək 1 qol vurub. 

İndiyə kimi də bu klubun üzvü olan Adamov iş yerini dəyişmək haqda düşünür. Belə ki, Adamov Çexiyada xoşbəxt deyil və bunu hər dəfə rus mətbuatına açıqlamasında deyir. Bu an isə Azərbaycan klublarından gələn təklif onun üçün düşərli ola bilər. Premyer Liqamızın iddialı klubları “vuran ayağ”ı heyətinə cəlb etmək haqda düşünür. Transfer qiyməti 300 min avro olan Adamovu Azərbaycana gətirmək bizim klublar üçün heç də çətin deyil. Hər halda bu qiymətə iddialı klublarda hətta yerlilərimiz oynayır. Ola bilsin ki, qışdan sonra Adamov Azərbaycan Premyer Liqasında debüt etsin. Onu ən yaxşı tanıyan isə “Qəbələ”nin baş məşqçisi Yur Syomindi.  Ucaboy hücumçu Syominin komandasında əsas heyətə düşməyə də çətinlik çəkməz. Hər halda Daniyel Subotiçlə irəli ucda yaxşı tandem təşkil edə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail