Berti Foqts Böyükağa Hacıyevlə birlikdə

13.01.2014 | 4015 dəfə oxunub

Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klublarımızın baş məşqçiləri ilə görüşməyə davam edir. Stadium.az saytının məlumatına görə, almaniyalı mütəxəssis və onun köməkçisi Volfqanq Rollf bu dəfə “Neftçi”nin düşərgəsini ziyarət ediblər. Foqts “Mardan Sport Complex”də “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyevlə görüşüb və fikir mübadiləsi aparıb. Millinin baş məşqçisi bu gün Bakı vaxtı ilə saat 18.00-da keçiriləcək “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını da izləyəcək. Qeyd edək ki, Berti Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”a rəhbərlik edən Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubunu çalışadıran Roberto Karlosla da görüşüb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail