"Qarabağ"ın qapıçısını almanlar istəyir

13.01.2014 | 18061 dəfə oxunub

"Qarabağ"ın gənc qapıçısı Ağaseyid Qasımov bir çox klubların diqqət mərkəzinə düşüb. Stadium.az-ın əldə etdiyi məlumata görə, "Ayntraxt" əlcək sahibini heyətinə cəlb etmək niyyətindədi. U-19-un heyətində Valentin Qranatkin turnirindəki uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Ağaseyid təkcə almanların deyil, türk klublarının da diqqət mərkəzindədi.

“İnter”in yetirməsi olan Seyid əslində elə bu komandanın gələcəyi hesab edilirdi. Ancaq Ağdam təmsilçisi onu “bankirlər”dən "oğurlaya" bildi. Özü də 30 min dollara. Qurban Qurbanov da onun gələcəyinə böyük ümidlər bəsləyir. Millidə Almaniyadan gətirilən iki türk qapıçı ilə mübarizə aparararaq onlara qalib gələn Ağaseyid əvvəllər də legioner qolkiperlərlə mübarizə aparıb.

Ancaq Qasımov hamısından güclü olduğunu sübuta yetirmişdi. Yəqin elə onun səs-sorağı ona görə Almaniyaya qədər gedib çıxıb. Türkiyənin nəhəng klublarından birinin Ağaseyidi heyətinə qatmaq istədiyi bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail