"Xəzər Lənkəran"a hansı futbolçunu təklif etdilər?

14.01.2014 | 5617 dəfə oxunub

Qışdan sonra ölkəmizə gələcə futbolçular sırasında yetərincə tanınmışların da adı hallanır. Deyilənə görə, Mustafa Dənizli “Xəzər Lənkəran"a İbrahim Toramanla Necati ateşi gətirəcək. Bu transferlərin gerçək olub-olmadığını qışdan sonra görəcəyik. Ancaq Cənub təmsilçisinin qardaş ölkədən transfer siyasəti bununla bitməyəcək. Stadium.az-a verilən məlumata görə, Dənizli üçün Türkiyədən yarımmüdafiəçi təklif edilib. Menecerlərin "Xəzər Lənkəran"a təklif etdiyi yarımmüdafiəçi yetərincə məhşurdu. Söhbət hazırda PTT birinci liqasında yarışan "İstanbul Büyükşəhir Bələdiyyəspor"un formasını geyinən Mustafa Sarpdan gedir.

1980-cı ildə İstanbula göz açan Sarp karyerasına "Qaziosmanpaşaspor"da başlayıb. Üç ildən sonra isə onu iki il formasını geyinəcəyi “Mərsin İdman Yurdu” gözləyirdi. Mərsin klubu ilə aşağı liqada mübarizə  aparan güclü dayaq yarımmüdafiəçi Super Liqada ilk dəfə 2004/2005 mövsümündə debüt edib. Özünü ən yaxşı tərəfdən göstərən Sarp “Kayseri Ərciyəsspor”a transfer edilib. Bu kluba keçməsi ilə milli komandaya da yolu açılıb. Elə 2006-cı ildə “ay-yıldızlılar”ın Çexiya ilə oynadığı yoldaşlıq görüşündə meydana çıxan Mustafa ümumilikdə üç dəfə əsas milli, 2 dəfə isə A 2 komandasında oynayıb. 2007-2009-cu illərdə isə "Bursaspor"la müqavilə imzalayıb. Buradakı çıxışı ilə "Qalatasaray"ın diqqət mərkəzinə düşüb. “Cim-bom”da ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində səfərdə “Tobol”a vurub. Həmin vaxtı baş məşqçi Frank Raykard etibarlı və o cümlədən aqressiv oyununa görə Sarpı yaman güvənirdi. Amma ikinci dövrədə oynamaq şansı tapmadığından 2011-ci ilə “Samsunspor”a keçib. Amma qarşıdakı mövsümə “Karabükspor”da başlayıb. Son vaxtlar tez-tez komanda dəyişən aqressiv futbolçu oyun stilinə görə Cennaro Qattuzoya da bənzədilir.

Altı ay “Karabükspor”da oynayan Sarp orada da duruş gətirə bilməyərək, Superliqanın digər təmsilçisi “Mərsin İdman Yurdu”na keçir. Altyı aydan sonra isə “Elazığspor”a ona təklif göndərərək, komandaya gətirir. Karyerasının qürub çağlarını yaşayan Sarp mövsümün əvvəlində PTT birinci liqa klubu “İstanbul BB”-yə keçib. Baş məşqçi Cihat Arslanla münasibətlərinin yaxşı olmasına görə futbolçu təklifdən imtina edə bilməyib.

33 yaşlı futbolçu indiyə kimi legioner həyatı yaşamayıb. Amma Mustafa Dənizli ona bu şansı verə bilər. Təbii ki, Sarp Dənizli və “Xəzər”in təklifini qəbul edib ölkəmizə gələrsə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail