Premyer Liqamızın iddialıları qolkiper mübarizəsinə girişdilər

14.01.2014 | 4300 dəfə oxunub

Futbolçu axtarışına çıxan “İnter” və “Neftçi” eyni futbolçu üçün mübarizə aparır. Bu heç də legioner oyunçu deyil. Hər iki klub 1992-ci il təvəllüdlü qapıçını istəyir. Səlahət Ağayevlə yollarını ayırmaq haqda düşünən “İnter” “Neftçala”da forma geyinən Tural Abbaszadə ilə danışıq aparır. Eyyub Əliyevlə də görüşmələrini davam etdirən “bankirlər” Abbaszadə üçün “Neftçala” əl sıxışmağa hazırlaşır. “Muğan”ın yetirməsi olan Tural hazırda birinci divizionda “Neftçala” forması ilə etibarlı oyun nümayiş etdirir. Gənc əlcək sahibinin çıxışını hər oyunda izləyən “İnter”İn məşqçilər korpusu Turalla müqavilə imzalamağı israrla istəyir. “Simurq” və “Kəpəz”in də qapısını qorumuş Abbaszadə ilə tək “İnter” maraqlanmır. Çempionatın iddialılarından olan “Neftçi” də Turalla möhkəmlənmək istəyir. Gənc qapıçını heyətinə qatmaq üçün hər iki klub özü və komandası ilə danışığa keçib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail