Subotiç "Qəbələ" futbolçularını təriflədi

15.01.2014 | 3763 dəfə oxunub

"Məşq prosesimiz maraqlı və zövqlü keçir. Mövsümün ikinci hissəsinə səylə hazırlaşırıq. Komandamıza yeni futbolçular da qatılıb. İnanıram ki, onlar da heyətimizə tam adaptasiya olaraq hədəflərimizə çatmaqda yardımlarını əsirgəməyəcəklər. Qarşıda hələ 5 sınaq oyunumuz var. Bu matçlar hazırlığımızın istədiyimiz səviyyəyə çatmasında önəmli rol oynayacaq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Daniel Subotiç Antalya düşərgəsi və komandanın hazırlıqları barədə fikirlərini klubun rəsmi saytına açıqlayarkən deyib.
 
O, mövsümün ilk yarısında "qırmızı-qaralar"ın yaxşı çıxış etdiyini və ikinci hissənin uğurlu keçəcəyinə inandığını bildirib. Subotiç heyətdəki futbolçuların yüksək nəticələr qazanmağa qadir olduqlarını vurğulayıb: "İstər oyun, istərsə də nəticə baxımından, mövsümün ilk yarısını müsbət qiymətləndirirəm. Bizim üçün mövsümü ən azından liderlər üçlüyündə tamamlamaq vacibdir. Üç yerdən hansında olacağımızı isə vaxt göstərəcək. Fərdi baxımdan futbolçularımız Azərbaycanda ən yaxşılardandır. Belə futbolçularla istənilən nəticəni qazanmaq olar. Komanda oyunumuzu nizamlamaqla stabil-yaxşı çıxışımızı təmin edə bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail