«Bakı» yeni oyunçularını təqdim etdi

22.06.2011 | 5073 dəfə oxunub

"Bakı" klubu daha öncə heyətinə qatdığı iki futbolçunu rəsmən ictiamiyyətə təqdim edib. Stadium.Az saytı xəbər verir ki, paytaxt klubu yeni transferlərin təqdimetmə mərasimini keçirib. "Bakı" Elvin Məmmədovla 1, 21 yaşlılardan ibarət milli komandanın üzvü Novruz Məmmədovla isə 2 illik müqavilə imzalayıb. Yeni futbolçular "Bakı" klubuna keçidlə bağlı fikirlərini bildiriblər.

rnrn

Novruz Məmmədov: "Gələn il avrokuboklarda oynamaq istəyirəm. "Bakı"ya trasfer olduğuma görə çox şadam. Komandanın məşqçilər korpusu oyunlarımı izləyib, məni bəyəndikdən sonra "Bakı" klubundan təklif aldım. Məni bura böyük ümidlərlə gəltiriblər və inanıram ki, ümidləri doğruldacağam.

rnrn

 "Bakı"da əsas məqsədim heyətdə möhkəmlənib A milli komandada oynamaqdı. Gələn il isə Azərbaycan çempionu olmaq və avrokuboklarda oynamaq istəyirəm.İndiyədək avrokuboklarda oynamaq qismət olmayıb, gələn il yeni klubumla istəyimə çatmaq arzusundayam".

rnrn

Elvin Məmmədov: "Bakı" mənim üçün doğma komandadı. Yeni klubum haqqında məlumatım çoxdu. Bilirəm ki , burada gələcəyin komandası yaradılır. "Bakı" klubuna gəlməkdə əsas məqsədim əvvəlki formamı bərpa edib, yeni klubuma bacardığım qədər xeyr vermək və qarşıdan gələn oyunlarda milli komandamıza köməklik göstərməkdi. Arzu edirəm ki , gələcək mövsümü uğurla bitirib avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək.

rnrn

Heyətə uyğunlaşmaq yəqin ki, çətin olmayacaq. Komandada çox futbolçularla yaxından tanışam və inanıram ki, adaptasiya dövrünü tez bir zamanda başa vuracağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail