Mahir Şükürov: "“Böyükağa Hacıyevin qərarı yanlış idi”" - MÜSAHİBƏ

16.01.2014 | 8874 dəfə oxunub

"Neftçi" "Partizani"ylə oyunda iki heyətlə oynadı. Stadium.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev hər hissədə meydana yeni heyət buraxdı. İlk yarıdan sonra isə birinci hissədə meydanda olan müdafiəçi Mahir Şükürovdan müsahibə aldıq:

- Burada ilk oyunumuz idi, buna baxmayaraq, komanda normal təsir bağışladı. Qarşıda bizi “Fənərbaxça” ilə daha çətin oyun gözləyir. Deyə bilmərəm ki, ona kimi tam hazır olacağıq, amma bunun üçün çalışacağıq. Çalışacağıq gücümüzü gözləyək.

- Əsas rəqibləriniz olan “Qarabağ” və “Qəbələ”ylə mübarizə necə gedəcək?

- Ötən mövsüm liderdən 7 xal geridə idik, amma gəlib çempion olduq. Böyükağa Hacıyev Azərbaycan futbolun çox gözəl bilir. Biz sevinirik ki, yenidən baş məşqçi postuna qayıtdı. Bütün kollektiv onu istəyirdi. Ötən mövsümə baxanda, indi daha çətin olacaq. Onlar transferlətə böyük pullar ayırır. Bizim rəhbərliyimiz isə daha doğru addım ataraq gənclərə üstünlük verir. Bu amil gələcəkdə komandaya daha böyük xeyir verəcək. Həm də çempion komandanın heyəti qorunub saxlanılıb.

- Nazim Süleymanovun rəhbərliyindəki “Neftçi”ylə bu komana arasında hansı fərqlər var?

- Hər bir məşqçinin öz taktikası var. Nazim müəllimin taktikası isə “Neftçi”yə yaramadı.

- Nə idi taktikası?

- Bunu açıqlamaq vaxt aparar. Sadəcə qısa deyim ki, alınmadı, işə yaramadı. Onu da deyim ki, Böyükağa Hacıyev “Skenderbeu”yla oyundan sonra istefa verməməliydi. Onunun bu qərarı yanlış idi. Komanda bir məşqçiyə öyrənir, sonra məşqçi gedəndə komanda pis vəziyyətdə qalır.

- Hacıyevin gəlişi ab-havaya necə təsir edib?

- Əlbəttə ki, əla. Böyükağa müəllimin gəlişi komandada düşüşün qarşısını aldı. İndi hamının əhvalı yerindədir. Çünki Hacıyev ab-havanı düzəldib.

Vüsal BƏBİRLİ, Antalya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail