Hafiz Məmmədovun klubuna transfer etməyə icazə verildi

16.01.2014 | 4138 dəfə oxunub

Fransa Futbol Federasiyasının Apelyasiya Komitəsi Peşəkar Klublara Nəzarət Komissiyasının (DNCG) “Lans” klubuna mövsümün sonunadək futbolçu transferini qadağan etməsi bağlı qərarını ləğv edib. Stadium.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu kluba qış transfer pəncərəsi bitənə - yanvarın 31-nə kimi yeni futbolçu almağa icazə verilib.

Xatırladaq ki, DNCG Fransa klubunun hesabına köçürülən vəsaitin bank sübutunun olmamasını əsas gətirərək bəla qərar vermişdi. Məmmədov ötən ilin iyulunda “Lans”a sahib olarkən, kluba ilkin mərhələdə 5 milyon avro, 2013-cü ilin iyunun 30-dək isə 6 milyon avro köçürməli idi. Amma klub 6 milyon avronu fevraldan etibarən köçürülməyə başlanmasını, DNCG isə bu ödəmələrə zəmanət verilməsini xahiş etmişdi. “Sarı-qırmızılar”ın köçürmələrin bank sübutlarını Fransa Futbol Federasiyasına təqdim etməsindən sonra DNCG-nin qərarı ləğv olunub. Xatırladaq ki, hazırda “Lans” Fransanın II Liqasında 2-ci pillədə qərarlaşıb və gələn mövsüm I Liqaya vəsiqəyə iddialıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail