"Ruslan həqiqətən də yığmanın lideridi" MÜSAHİBƏ

16.01.2014 | 4073 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Antalyada toplanışda olan Rusiyanın “Rubin” klubunun məşqini izləyib. Stadium.az xəbər verir ki, məlum səbəblərdən alman mütəxəssis yarımmüdafiəçi Ruslan Abışovu diqqətdə saxlayıb. O, həmçinin Kazan klubunun rəsmi saytına müsahibə verib:
 
- Türkiyəyə Azərbaycan yığmasının oyunçularını izləməyə gəlmişəm. Burada Azərbaycandan altı komanda məşq edir. “Rubin”in məşqində isə məni Ruslan Abışov maraqlandırır. Bundan başqa, “Rubin”in məşqçisi ilə söhbət etmişəm. Burada yaxşı şərait var ki, söhbətləşəsən. Hava da xoşdu, heç bir təzyiq yoxdu. Məşqin gedişinə gəlincə, hazırda bu, məni ən az düşündürən məsələdi.
 
- Rinat Bilyaletdinovla tanışsınız?
- Bəli, onu tanıyıram. Almaniyada görüşmüşük. Rinat nə vaxtsa orada yaşayıb. Yeri gəlmişkən, almanca yaxşı danışır. Qarşıdakı oyunlarda ona uğurlar arzu etdim. Görünür ki, bu məşqçinin rəhbərliyi altında oyunçular özlərini rahat hiss edir.
 
- Bəs Ruslan Abışov haqda nə deyə bilərsiniz?
- Komandamda Abışov kimi futbolçum olduğuna şadam. O, ən yaxşı oyunçularımdan biridi. Mən onunla bir qədər söhbətləşdim. Klubda niyə mütəmadi oynamadığını soruşdum. Bilirəm ki, hər bir məşqçinin öz oyun baxışı var. Sabiq məşqçi Ruslanı əsas heyətdə görmürdü. Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi altında Abışov daha da inkişaf edəcək. Hər halda, Ruslana uğurlar arzu edirəm.
 
- Sizcə, niyə Abışov klubda az oynamasına rəğmən, yığmada liderlərdən biri olaraq qalırdı?
- Abışov həqiqətən də yığmanın lideridi və ümid edirəm ki, “Rubin”də də lider olacaq. O, kifayət qədər gəncdi və xarici klubda çıxış etməyə bir qədər təcrübəsi çatmır. Əminlik çatmır. Axı o, Fransa ya İspaniyadan deyil, sadəcə Azərbaycandan gəlib. Ancaq o, meydanı yaxşı görən, yaxşı ötürmələri olan və texniki cəhətdən hazırlıqlı əla yarımmüdafiəçidi.
 
- Avropa Liqasında “Rubin”in “Betis”ə qarşı oyunda ehtimallarınız necədi?
- İlk oyun harada keçiriləcək? İspaniyada? Bu, “Rubin” üçün yaxşıdı. Cavab görüşünü evdə, azarkeşlərin dəstəyi altında keçirmək vacib üstünlükdü. Bu, oyunçulara inam verəcək. Düşünürəm ki, “Rubin” növbəti mərhələyə keçəcək. Komandanıza çempionatda və Avropa Liqasında uğurlar arzu edirəm. Rusiya yığmasına isə dünya çempionatında.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail