"Yeni oyunçular sınayacağıq" MÜSAHİBƏ

17.01.2014 | 4431 dəfə oxunub

Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze Türkiyənin Antalya şəhərinə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. 

- İlk yoxlama oyunu və hazırlıq prosesinin arxada qalan hissəsi haqda nə deyə bilərsiniz?

- Bu mövsüm fasilə qısa olduğundan hazırlıq prosesi daha sıx keçir. Gündə iki dəfə məşq edirik. Funksional hazırlıq dövründə bu matça bir az yorğun çatmışdıq. Bu üzdən əksər futbolçular yalnız bir hissə oynadı. Yalnız bir neçəsi 90 dəqiqə boyu meydanda oldu. İlk oyun pis alınmadı. Qarşıda daha 3 oyunumuz var. Onlar daha güclü rəqiblərə qarşı olacaq və daha vacib əhəmiyyət kəsb edəcək.

 

- İlk oyuna əsasən kimisə fərqləndirə bilərsiniz?

- Məqsəd oyun praktikası qazanmaq idi. Draqan Çeran qol vurması və hesaba alınmayan topun müəllifi olması ilə diqqət çəkdi. Həmin epizodda da təmiz qol idi. Bu mənada Draqanı fərqləndirmək olar.

 

- Baxışda olan yeni futbolçu Domenik Çatto özünü necə göstərdi?

- Nigeriyalı dünən bizə qoşulub. Heç komandamızla məşq edə etməyib. Ümumiyyətlə məşqlərə az əvvəl başladığından onu yalnız sonda meydana buraxdıq. Özü də yalnız 15-20 dəqiqə oynaya biləcəyini demişdi. İlk oyuna əsasən heç nə demək olmaz. Qarşıdakı matçlarda və məşqlərdə da onu sınayacağıq.

 

- Başqa gələnlər də olacaq?

- Bəli. Biz hücum xəttini və orta sahəni gücləndirmək üçün yeni oyunçular sınayacağıq. Hücumun həm mərkəz, həm cinahlarında çıxış edə bilən futbolçular lazımdır. Bundan başqa yarımmüdafiənin mərkəzini də gücləndirməliyik.

 

- Bununla da heyəti tam formalaşmış saymaq olar?

- Biz heyətdə islahatlar nəzərdə tutmamışıq. Lakin səviyyəli futbolçular həmişə lazımdır.

 

- Baxışa gələcək oyunçuların adları məlumdur?

- Bir neçəsi ilə danışıqlar aparırıq. Lakin ad çəkməyəcəm. Çünki sabah həmin oyunçu alınmasa və başqası gəlsə, düz çıxmaz. İkinci oyuna qədər onlar gələcək.

 

- Komandanın mövsümün ikinci yarısı üçün məqsədi nədir?

- Ötən mövsüm çempionat tam başqa idi. Bizim komanda da müəyyən komanda dəyişib. Lakin çempionat daha çox dəyişib. 10 komandalı çempionatda daha ağır, eyni zamanda maraqlıdır. Ötən mövsüm xal qazanmaq da asan idi. Biz də indi demək olar ki, yeni, daha balanslaşmış komanda qururuq. Hələ çox gücləndirilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail