"Rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq yersizdi" MÜSAHİBƏ

18.01.2014 | 5906 dəfə oxunub

"İnter"in və 19 yaşlılardan ibarət yığma komandamızın qapıçı məşqçisi Üzeyir İbrahimov Stadium.az-a müsahib verib.

 Hazırda ölkəmizdə bilikli və işini yaxşı bilən mütəxəssislərə ehtiyac var. Sənin haqda xoş sözlər eşidirik. Özün haqda oxuyucularımıza məlumat verərdin...

- 1984-cü il yanvarın 18-də Laçın rayonunda anadan olmuşam. Hal hazırda “İnter”in əvəzedici heyətində və U-19 milli komandasında çalışıram. Bilik və savad hər yerdə və hər sahədə hamıya lazımdı. Bunun üçün dayanmadan insan öz üzərində çalışmalıdı.

- Gənc yaşlarında məşqçiliyə başlamağın maraqlıdı. Necə alındı?

- Uşaq vaxtlarından futbolla məşğul olurdum. O vaxtki “Şəfa” komandası ilə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşam. Ardından isə “Neftçi”nin yeniyetmə komandasında dəvət edilər. U-19-a da dəvət almışdım. Amma səhhətimlə əlaqədar aktiv futbol həyatımı başa vurdum. Özüm d istəmədən belə alındı. Açığı mənə futbol oynamağı qadağam etdilər. “Neftçi”də Azərbaycanda çempionatının bürünc medalını qazanmışdım. Futbolu buraxdıqdan sonra isə təhsil almağa qərar verdim və maliyyə kredit bölməsini daxil oldum. Hal-hazırda ali təhsilli maliyyəçiyəm. Universitetdə oxuyan dövrdə “Neftçi”nin köhnə bazasında olimpiya adlı futbol komandasında Vaqif Hidayətovun köməkçisi idim. Elə oradan da məşqçilik karyerasıma başladım.

- U-19-a yeni təyinat almısan. Əvvəl də U-17də çalışırdın. Az öncə Valentin Qranatkin turnirində iştirak etdiniz. Qapıçıarın çıxışı necə dəyərləndirirdin?

- Elədi hazırda U-19-da Nikolay Adamla birlikdə çalışıram. Artıq üç ildir ki, bu mütəxəssislə çalışırıq və hər şey günü-gündən yaxşıya doğru gedir. Valentin Qranatkin turnirinə gəlincə, bu turnirə əsasən 1996 və 1997-ci il təvəllüdlü futbolçularla yollanmışdıq.  Qapıçıların çıxışından razı qaldım. Ağaseyid Qasımov və Tolqa Şahinə şans verdik və ümumi götürsək oyunları ilə hər kəsi yaxşı mənada təəccübləndirə bildilər.

- Hansı qapıçı daha yaxşı idi?

Hər iki qapıçı da oyundan-oyuna daha yaxşı çıxış edəcək. Gələcəyə nikbin baxmaq lazımdı. Ağaseyidin bu turnirdəki çıxışını yüksək qiymətləndirsəm yanılmaram. Təsadüfi deyil ki, Ağa son iki oyunda penaltilər seriyasında mükəmməl çıxış sərgilədi. Yeddi penal vurdular, 5-ni də çıxartdı. Bu super göstəricidi.

- Nikolay Adam oyundan sonra Ağaseyidə görə səni təbrik etdi?

- Oyundan sonra öz müsahibəsində də şəxsən təşəkkür etdi. Özümə də dedi. Sağolsun Adam da.

- Uzeyir, tez-tez yığma komandalarımıza gəlmələrə görə baş məşqçiləri tənqid edirlər. U-19-da indi Tolqa Şahin adlı qapıçı var. Səncə, onun millimizdə oynaması məcburdu?

- Tolqa, mükəmməl fundamental qapıçı texnikasına malikdi. Bu yaşda bu cür səviyyədə olan Tolqanın yaxşı gələcəyi var. Təbii ki, məşqlərlə buna nail ola bilər. Digər tərəfdən Tolqanın U-19-da olması Ağaseyidin də inkişafına xidmət edir. Çünki rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq yersizdi.

- Berti Foqts desə ki, mənə U-19-da qapıçı göndər, hansını göndərərsən əsas milliyə?Tolqa ya Ağaseyidi?

Sözün düzü son turnirdəki yaxşı çıxışarı ilə hər iki qapıçının şansları yüksəkdi. Əsas millidə çıxış etmək üçün hər iki qapıçı konkret çatışmazlıqlar üzərində qurulmuş məşqlərdən və yaxşı təcrübədən sonar nail ola bilər. Belə seçim etməyim düzgün olmaz.

- İndiyə kimi yetişdirdiyin qapıçılar arasında kimlər var?

- Kimisə mən yetişdirmişəm demək, təvazökarlıqdan uzaq bir davranışdır mənə görə. Sadəcə yetişmələrində yardımçı olduğum qapıçılar var. Emil Balayev, Rəşad Əzizov və Ağaseyid Qasımovun adını çəkə bilərəm. Hazırda U-17 yığma komandasına dəvət alan ismayıl Muradovu da missal çəkə bilərəm.

- Gənc olmağına baxmayaraq artıq A kateqoriyasına sahib çıxmısan. Pro haqda düşünürsən?

- Mən A lisenziyasını 3 il əvvəl almışam. İnşallah hələ o barədə düşünmürəm. Yaxınlarda AFFA rəhbərliyi tərəfindən ölkə klublarımızın qapıçı məşqçiləri UEFA-dan dəvət olunmuş mütəxəssislərə seminar keçəcək. Səbirsizliklə bu mükəmməl layihədə iştirak etmək istəyirəm. Sözün düzü bu ölkəmizdə ilk dəfə baş tutacaq seminar gələcəyə hesablanıb. Həmişə demişəm ki, yaxşı oyunçular yetişdirmək üçün ilk növbədə məşqçilərimiz maariflənməlidi. AFFA-ya hər şeyə görə təşəkkür edirəm. Həm milli komandaya yaradılan super şəraitə, həm də bu cür seminarlara görə.

- Azərbaycan çempionatında hansı qapıçının çıxışını bəyənirsən?

- Yerli yoxsa, legioner?

-  Fərqi yoxdu…

- Kamran Ağayev və Səlahət Ağayev.

- Səlahət Ağayev?

- Hə.

Çıxdığı hər matçda səhvə yol verir. Səncə, bu nə vaxta kimi davam edəcək?

Səlahət gəncdi və qapıçı səhv edə-edə təcrübə toplayır. Əsas onun ambissiyalı olmasıdı ki, bunu da hər məşqdə hiss etmək mümkündü. Bir də ki, “İnter”in digər qapıçısı Georgi Lomayadı. Bunu unutmayaq.  Pavel Kapsa da stabil çıxışı ilə göz oxşayır.

- Səni əsas millinin qapıçı məşqçisi kimi nə vaxt görəcəyik?


- Bunu inşallah zaman göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail