"Fənərbaxça" "Neftçi"ylə bacarmadı - YENİLƏNİB

18.01.2014 | 9292 dəfə oxunub

“Neftçi” bu gün Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Stadium.az xəbər verir ki, bakılılar əvvəlcədən də məlum olduğu kimi, İstanbulun “Fənərbaxça” klubuyla qarşılaşacaq. Türkiyə Super Liqasında vahid lider olan “Fənər”in oyuna tam heyətlə çıxması gözlənilir.  

Bundan əvvəlki oyunda isə Böyükağa Hacıyevin komandası Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub etmişdi.

18 yanvar, yoldaşlıq oyunu

“Fənərbaxça” – “Neftçi”

"Fənərbaxça": Volkan Dəmirəl, Egemen Korkmaz, Hasan Ali, Sov, Vebo, Küyt, Mereleş, Baroni, Səlcuk Şahin, Bruno Alves, Gökhan Gönül.

Ehtiyat oyunçular: Ertan Ersu, Murat Hacıoğlu, Mehmet Topal, Yobo, Holmen, Erman Taşkın, Mehdi Akgül, Kadlec, Alper Potuk, Akarslan, Semih Ergül, Emenike, Zeybek, Murat Rüzgar, Cengizhan Gündüz, Mehmet Topuz, Aziz Ceylan


"Neftçi": Saşa Stamenkoviç, Bruno Bertucci, Mahir Şükürov, Elvin Yunuszadə, Karlos Kardozo, Denis Silva, Erik Ramos, Flavinyo, Araz Abdullayev, Rəşad Sadiqov, Melvin Platye

Baş məşqçi: Böyükağa Hacıyev

22:00. Antalya, Mardan” Stadionu

Oyun başladı.

Gözlənilənlərin əksinə olaraq, stadionda çox az sayda azarkeş var.

"Neftçi" ilk dəqiqələrdən inamlı təsir bağışlayır. Böyakağa Hacıyevin komandası əks hücumlara yaxşı çıxsa da, rəqibin qapısına zərbə endirə bilmir.

İlk təhlükəni "Fənərbaxça" yaratdı, amma Baroni təkbətək mübarizədə Saşaya uduzdu, Vebo isə təkrar zərbədə boş qapıya düşə bilmədi.

Ardınca Flavinyo əla vəziyyətdən qapıya düzgün zərbə vura bilmədi.

Bir dəqiqə keçməmiş, "Fənər" hesabı açsa da, hakim oyundankənar vəziyyət qeydə aldı.

Bu dəfə isə Bertucci topun qapı xəttindən keçməsinə mane oldu

"Neftçi"ni qoldan qapı tiri xilas etdi.

Melvin təkbətəkə gedir, amma yan xətt hakiminkn bayrağı havaya qalxır. Ofsayt.

Baroninkn zərbəsi təhlükəli alınır.

İlk yarı qolsuz başa çatdı.


İkinci hissə başladı

"Fənərbaxça" ikinci hissəyə 4 əvəzləmə ilə başladı. Mehmet Topal, Mehmet Topuz, Alper Potuk və Kadlec meydana daxil oldu.

Küyt, Bruno Alves, Hasan Ali və Səlcik Şahin isə meydanı tərk etdi.

"Neftçi"də Melvin Platyenin əvəzinə meydana Bahadır Nasimov daxil oldu. 58-ci dəqiqədə

Flavinyonun zərbəsindən sonra Volkanın toxunduğu top qapı tirinə dəyərək meydana döndü.

Dəq 61. Mahir Şükürov kobud oyuna görə sarı vərəqə aldı

"Fənərbaxça"dA növbəti dəyişiklər. Meyreleşin əvəzinə Holmen, Sovun əvəzinə isə meydana Emenike daxil oldu.

Dəq 69. "Neftçi"dƏ dəyişiklik. Elvin Yunuszadəni İqor Mitreski, Denis Silvanı isə Tərlan Quliyev əvəzlədi.

Dəq 76. "Neftçi"də məcburi dəyişiklik. Zədələnən Karlos Kardozonun yerinə meydana Mirhüseyn Seyidov daxil oldu.

Dəq 83. Bertuccinin zərbəsi təhlükəli alındı.

Dəq 86. Erik ramos sarı vərəqə aldı.

90. "Neftçi"də daha iki əvəzləmə. Araz Abdullayevin əvəzinə meydana Ruslan Qurbanov, Rəşad Sadiqovun yerinə isə meydana Cavid İmamverdiyev daxil oldu.

Dəq 90. Zədələnən Alper Potuğun əvəzinə meydana Muhammed daxil oldu.

Oyun qolsuz bərabərliklə başa çatdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail