"Neftçi" rəsmisi "Xəzər Lənkəran"lının cavabın sərt sözlərlə verdi

19.01.2014 | 4897 dəfə oxunub

Az əvvəl də “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun “Fənərbaxça”yla oyundan sonra “Neftçi”yə “ilişməsini” yazmışdıq. Stadium.az xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin buna cavabı da özünü çox gözlətməyib. Gündüz də Hüseynə elə şəxsi “facebook” səhifəsindən cavab verib: “Əziz dostum Hüseyn. Dünən qapıçı Volkanın, türkiyəli şərhçinin dedikləri səni niyə qıcıqlandırıb? Deyəsən, sarı simdən vurublar, qardaş. Biz Azərbaycanı və vətənimizə aid nə varsa onu sevən insanlarıq, əziz dost. Biz Xəzər Lənkəran Fənərbaxçadan 4 cavabsız top buraxanda məyus olmuşduq. Bizim üçün Azərbaycan komandalarının uğuru sevincimiz, məğlubiyyəti isə məyusluğumuzdur. Azərbaycan adı gələndə 20 ilə yaxındır(!) ki, azarkeşlik etdiyim Fənərbaxça da vız gəlir. And olsun Allaha ki, bu belədir. Təəssüf ki, Volkanın, türkiyəli şərhçinin "Neftçi"yə verdiyi layiqli qiymət səni bu qədər qıcıqlandırıb və bir futbol adamına, futbolu bilən dostumuza yaraşmayan status yazmağa vadar edib. Bunu isə bəzi dostlarımız mətbuat səhifəsinə daşıyıblar. Deyirsən ki, istirahətdən gəlmişdi komanda. Əziz qardaş futbolu bilən istənilən adamdan soruşa bilərsən. Təlim-məşq toplanışının 6-cı günündə komanda tam hazır olmur. Bununla belə dünən "Neftçi" əlindən ayağından gələni etdi ki, uduzmasın. Əksinə Xəzər Lənkəran Fənərin qarşısına çıxanda tam hazır vəziyyətdə idi. Bir də ki, Xəzər Lənkəranın avrokubok oyunları arası Fənərlə oyun salması kimin istəyi idi? Biz nə oyundan əvvəl, nə də fasilədə rəqibin soyunub geyinmə otağına xəbər yollamadıq ki, imkanınız varsa az qol vurun. Heç sizin də bu istəyiniz olduğunu iddia etmirəm. Amma əziz qardaş, bu, bir qardaşlıq və hazırlıq oyunu idi. Hazırlıqlarımız isə davam edir. Həm sizin, həm də bizim. İnşAllah ikinci dövrədə görüşərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail