Marius Pena: "Boss oyunumuzu bəyənmişdi və bizə ilk növbədə pul verdi" MÜSAHİBƏ

21.01.2014 | 5026 dəfə oxunub

“Bakı”nın hücumçusu Marius Pena İspaniyada da diqqət mərkəzində olub. Stadium.az xəbər verir ki,İspaniyanın Quadalmina ərazisində komandası ilə birlikdə toplanışda olan Pena Rumıniyanın məşhur prosport.ro saytının əməkdaşı Kristi Skutariuya müsahibə verib.

- Marius, deyin mənə, “Bakı”dan sizə təklif olduğunu eşidəndə ilk növbədə başınızda nə fikirləşirdiniz?
- (gülür) Bu şəhər hardadır? Bu ölkə hardadır? Mənim agentim Trayan Gergişan mənə dedi ki, Azərbaycana üstünlük verim və orda qalım. Bu ölkənin dünyanın harasında yerləşdiyini ondan soruşduqdan sonra məlumatım oldu. O dedi ki, orda yaxşı şərtlər var, futbola böyük pullar yatırılır və bu amillər məni cəlb etdi.

- Siz yəqin ki, təyyarə ilə uçanda İstanbulda dayandınız və sonra Azərbaycana getdiniz. Hava limanından otelə kimi yolda sizdə ilk hansı təəssüratlar yarandı?
- Bəli, biz dediyiniz marşrutla ora getdik. Ora çatanda səhər saat 4-5 idi. Sakitlik idi, demək olar ki, hərəkət yox idi. Gördüm ki, bu şəhərdə çox yüksək binalar var, köhnələri yeniləri ilə uyğunlaşdırırlar, bunlar xoşuma gəldi. Ancaq elə ki, şəhər oyandı, bütün günü küçələrdə tıxaclar var, necə gəldi avtomobil sürürlər... Bu, təsviredilməz bir haldır. Bununla belə, ilk təəssürat mən gözlədiyimdən də yaxşı oldu.

- Siz “Bakı”nı təşkilatçılıq və infrastruktur baxımından Rumıniya, “Otselul” ilə müqayisə edə bilərsiniz?
- Mən Ruminyadakından aşağı şərait gözləyirdim. Ancaq orda hazırlıq üçün 4 təbii və 1 böyük süni örtüyü olan əla baza ilə qarşılaşdım. Onlar xüsusi qazonlardır. Şotlandiyadan xüsusən azərbaycanlılar üçün gətirilib.

- Siz “Bakı”nın bazasında qalırsınız, yoxsa kirayəyə mənzil götürmüsünüz?
- Onlar kirayəyə mənzil tutublar. Ancaq mən istərdim ki, hardasa mərkəzdə, bazaya yaxın qalım. Çünki qaldığım yerdən ora getmək çətin olur.

- Şəhərdəki işləriniz necə gedir? Nəsə alarkən, hesab ödəyərkən yerli sakinlərlə ünsiyyət qurmalı olursunuz...
- Mən 17 yaşım olanda uzun müddət Rusiyada olmuşam. Ona görə də indi də həmin rus sözlərini asanlıqla xatırlayıram. İngilis dilində də bilirəm. Ancaq bu dildə danışanı küçədə çox nadir hallarda tapmaq olar.

- Klubun maddi vəziyyəti necədir? Komandada pullar vaxtında ödənilir?
- Gecikmələr olur, ancaq bu heç vaxt uzun müddəti əhatə etmir. Problem ondadır ki, bizim klub sahibinin həmişə nağd pulu olmur. Son illər Madrid “Atletiko”suna 20 milyon avrodan çox pul yatırıb, “Lans” klubunu alıb. Ona görə də nağd pul ödəmək ona çətin olur. Ancaq nə söz verilibsə, o da edilir! İlk oyunum zamanı biz məğlub olmuşduq. Ancaq boss oyunumuzu bəyənmişdi və bizə ilk növbədə pul verdi.

- Gürcüstanda, Tbilisidə hərəkət dəhşətlidir. Heç kim qaydalara riayət etmir. Bəs Bakıda maşınların hərəkəti sizin xoşunuza gəlir?
- Qorxuncdur! Piyada yolu ilə küçəni keçmək üçün əlini qaldırmalısan, yoxsa heç kim piyadaya görə yol verməyəcək. 2 zolaqlı yol olsa da, avtomobillər bir-birindən 5 millimetr aralıda dayanır. Düzdür, mənim səbrim var və qaydaları pozmuram!

- Siz necə gedirsiniz? Azərbaycanda yanacağın qiyməti neçəyədir?
- Klubdan avtomobil almamışam. Əksər vaxt icarəyə maşın tuturam. Benzinin litri 60-70 avro sentdir. Siz Rumıniyada bunun təxminən yarı qiymətini ödəyərsiniz.

- Bu şəhər necədir? Harda və nə yeyirsiniz?
- Əvvəllər yediyim ənənəvi xörəklərdən yararlanıram. Onların yeməklərinə uyğunlaşa bilmirəm. Çox ədviyyatdan yararlanırlar ki, mən bunu xoşlamıram. Ancaq beynəlxalq restoranlar var. Orda toyuq, mal və balıq ətləri yeyirəm.

- Futbol orda necədir? “Bakı” Rumıniya elitasında oynasaydı, harda olardı?
- Fikrimcə, yuxarı pillələrdə, hardasa 5-10-cu sıralarda olardı. Ancaq onlar inkişaf edir, çoxlu pul yatırır. Məncə, yaxın gələcəkdə onların avrokuboklarda yaxşı göstəriciləri olacaq. Daim inkişaf etmək üçün gənc futbolçularını İspaniyaya, Madrid “Atletiko”suna göndərirlər, ordan isə bura icarəyə futbolçular gəlir.

- İspaniyalılar Azərbaycana gəlir?
- Pula görə gəlirlər. Maaş səviyyəsi tamamilə balanslaşdırılıb. Maaş ayda 1000, ildə isə 500-600 min dollardır. Bu pulların böyük hissəsini heç adını eşitmədiyiniz azərbaycanlı futbolçular alır. Onlara ölkələrində yüksək qiymət verilir.

- Skarlatake “Xəzər Lənkəran”da yüksək bonuslar haqqında danışmışdı.
- Bəli, bu klub sahibləri arasındakı ambisiyalardan asılıdır. Futbol burda çox geniş yayılmayıb, adamlar stadiona gəlmir. Ancaq klub prezidentləri bir-birilərini pul mükafatları, maaşlar və ya güclü transferlərlə motivasiya etməyə çalışır.

- Çempionatın aşağı yarısındakı klublarda şərait necədir?
- Hər şey qaydasındadır. Bakıdakı klublar da pullarını vaxtında verir. Onlardan əksərinin süni meydançası var. Deyəsən, bunlardan 4-ü ev oyunlarını süni örtüklü qazonda keçirir.

- Futbol nöqteyi-nəzərindən Bakıda qalmaq şanslarınız necədir?
- Əvvəllər çox yaxşı təsir bağışlayırdım. Tez uyğunlaşdım və cəmi 6 ay oynamağıma baxmayaraq, komandanın ən yaxşı bombardiri oldum. Ancaq gözləmirdim ki, indi vəziyyətim belə pis olacaq. Məndə zədə ilə bağlı problemlər oldu, yeni məşqçi gəldi və mənə oynamaq şansı vermədi... Qışda komandadan ayrılmaq istəyirdim, ancaq klub prezidenti mənə dedi ki, yaya kimi, müqaviləmin müddətinin sonuna kimi burda qalım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail