PFL prezidenti "Simurq"un oyununda

23.01.2014 | 3917 dəfə oxunub

Antalyada qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoldaşlıq görüşündən komandamız qolsuz heç-heçə ilə ayrılıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Simurq”un rəqibi Çinin “Şanxay Şensey” klubu olub.  Side bölgəsində yerləşən “Emirxan” otelinin meydançasında keçirilən matçda Zaqatala təmsilçisi oyun ərzində bütün üstünlüyü əlində saxlasa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Xüsusən də, Draqan Çeran, Patrik Osiako və Salif Ballo hesabı açmaq üçün çox yaxın olsalar da, sonuncu vuruşlarda dəqiq ola bilmədilər. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevində izlədiyi qarşılaşmaya komanda bu heyətlə çıxmışdı: Pavel Kapsa, Ruslan Poladov, İdan Veitzman, Anderson Oliveyra, Tural Axundov, Patrik Osiako, Bəşir Dominik, Rəşad Eyyubov, Stepan Polyak, Nicat Qurbanov və Draqan Çeran. Nəticədə, Antalyada üçüncü yoldaşlıq görüşündə də məğlub olmayan “Simurq”, növbəti oyununu yanvarın 25-də keçiriləcək. 26-da isə ölkəyə dönəcək komanda, Topaz Premyer Liqasının 19-cu turunun hazırlıqlarını paytaxtda davam etdirəcək.
 
Təlim-məşq toplanışının proqramına uyğun olaraq “sarı-qaralar” sabah bir məşqə çıxacaq. Daha sonra isə məşqçilər korpusu yetirmələrinə istirahət verəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail