"Xəzər Lənkəran"da iki yeni oyunçu

23.01.2014 | 4104 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçular gəlib. Stadium.az xəbər verir ki, braziliyalı Villian Tieqo və makedoniyalı Deyan Blajevski komandanın məşqində iştirak edib. 

29 yaşlı cinah yarımmüdafiəçisi ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunub. Bu müddətdə 2 qarşılaşmaya çıxan Deyan Polşa ilə qarşılaşmada qol hesabını da açıb. Hazırda vətənində “Turnovo”nun şərəfini qoruyan Blajevski 2012-ci ildən bu komandada çıxış edir. Yarımmüdafiəçi 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos” (2011-12) klublarının uğurları üçün çalışıb. Qeyd edək ki, avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib. (apasport.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail