"İnter"də fransalı oyunçu

23.01.2014 | 5139 dəfə oxunub

“İnter”in düşərgəsinə daha bir futbolçu gəlib. Stadiium.az xəbər verir ki, kosta-rikalı Dieqo Madriqalla 2 illik müqavilə bağlayan “bankirlər”ə Fransanın “İstr” klubunun mərkəz müdafiəçisi Yoan Bokonyano qoşulub.

 Karyerası ərzində ölkəsində “Ayaçço”nun B komandası (2008/09), “Nim Olimpik” (2009-2011), “Qazelek” (2011-2013) klublarında çıxış edən Bokonyano bu ilin yayından Liqa 2-də mübarizə aparan “İstr”in uğurları üçün tər tökür. 23 yaşlı italyanmənşəli futbolçu 2009-cu ildə tanınmayan Korsika yığmasında da debüt edib. Bokonyanonun yanvarın 25-də “Arminiya” ilə yoxlama oyununda sınanacağı gözlənilir.

 Qeyd edək ki, “İnter”in düşərgəsində bundan əvvəl braziliyalı Mateuş və almaniyalı Kevin Petsoni baxışda olmuşdu. Lakin bu futbolçular Kil “Holştayn”ı ilə oyunun (0:3) ilk hissəsində buraxdıqları kobud səhvlərə görə bəyənilməyərək geri göndərilmişdilər.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail