"Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək"
"Hazırda "Neftçi"nin
düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf
strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək
təşkil edir. İstər "Neftçi"nin, istərsə də "Lokomotiv"in
yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq". Stadium.az
xəbər verir ki, bu sözləri "Neftçi"nin vitse-prezidenti Tahir
Süleymanov deyib.
Klub rəsmisi Samir Məsimovun
transferindən danışıb: "Onunla bağlanmış 5 illik müqavilə də bir daha bunu
göstərir ki, "Neftçi"nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdı.
Rusiyanın "Lokomotiv" klubunun yetirməsi olan Məsimovun böyük
istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm
Azərbaycan milli komandasının, həm də "Neftçi"nin heyətində nümayiş
etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına
qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O,
hazırlıq çərçivəsində keçirilmiş hər iki oyunda meydana çıxdı və öz oyunu ilə
onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki,
Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə
çevriləcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |