İtaliya millisinin çalışdırıcısı Azərbaycandan çəkinir: "Ən çox qorxduğumuz qrupa düşmüşük"

24.01.2014 | 4993 dəfə oxunub

“Ən çox qorxduğumuz qrupa düşmüşük”. Stadium.az xəbər verir ki, bu sözləri futzal üzrə İtaliya millisinin baş məşqçisi Roberto Meniçelli deyib. Yanvarın 28-də start götürəcək Avropa çempionatının final mərhələsinin C qrupunda Azərbaycan yığmasının rəqibi olan apenninlilərin çalışdırıcısı rəqiblər haqda fikirlərini açıqlayıb: “Bu yaxınlarda İspaniya və Portuqaliya ilə keçirdiyi yoxlama matçlarında Sloveniyanın nəyə qadir olduğunu gördük. İki il əvvəl biz onları çətinliklə məğlub etmişdik – 2:0. Amma həmin oyundan sonra Sloveniya futzalı daha da inkişaf edib. Azərbaycan millisi ilə qarşılaşma daha çətin olacaq. İldən ilə inkişaf edən bu komanda yüksək səviyyəli oyunçulara malikdir. Sürətli və texnikalı futzalçılara malik yığma taktiki plana da güclüdür”. Qeyd edək ki, Azərbaycan və İtaliya yığmaları fevralın 2-də keçiriləcək qrup mərhələsinin son turunda qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail