"Gənc futbolçuların işini yüksək qiymətləndirirəm"

24.01.2014 | 4097 dəfə oxunub

“İlk oyunla müqayisədə daha yaxşı təsir bağışladıq. Baxmayaraq ki, rəqib komandanın futbolçuları yaşca bizim heyət üzvlərimizdən daha böyük idi. Onlarla başa-baş mübarizə aparmağı bacardıq. Önəmli olan komandamızın verdiyimiz tapşırıqlara uyğun hərəkət etməsi idi”. Stadium.az xəbər verir ki,  bunu "Qəbələ"nin əvəzedici komandasının baş məşqçisi Luis Araqon deyib.

Türkiyədə hazırlıq keçən “Qəbələ” dünən Küveytin U-21 yığmasına ilə qarşılaşıb. “Papilyon” otelinin meydançalarından birində keçirilən görüşdə təmsilçimiz Murad Musayevin 21-ci dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanıb.

İspaniyalı mütəxəssis klubun rəsmi saytına bu haqda danışarkən matçın ikinci hissəsində meydançaya çıxan gənc futbolçuların daha istəklə oynadıqlarını, bunun da sevindirici hal olduğunu söyləyib: “U-17 komandasının heyətindən gələn gənc futbolçular çox yaxşı çıxış etdilər. Həmin futbolçulardan Yusif Nəbiyev, Qismət Alıyev və Roman Hüseynovun böyük həvəslə çıxış etdiyini söyləyə bilərəm. Bu, sevindirici haldır. Gənc futbolçuların işini yüksək qiymətləndirirəm. Amma ilk hissədə futbolçularım sanki bir-biri ilə istənilən əlaqəni qura bilmirdilər, meydançada danışmırdılar. Ümumilikdə komandadan razı qaldım”.

Qeyd edək ki, Küveytin U-21 komandası Türkiyədə hazırlıq keçən 21 yaşadək millimiz də gücünü sınayacaq. Həmin qarşılaşma yanvarın 26-da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail