"Xəzər Lənkəran" haqda mənə xoş sözlər dedi" AÇIQLAMA

24.01.2014 | 5933 dəfə oxunub

Hazırda "Xəzər Lənkəran" bir neçə oyunçunun transferi ilə məşğuldu. Komandaya gələcəklər arasında bir çox futbolçunun adı çəkilir. Hazırda düşərgədə də bir neçə oyunçu var. Onlardan biri də Makedoniya milli komandasının üzvü Dejan Blajevskidi. Ölkəsində "Turnovo" forması geyinən 28 yaşlı yarımmüdafiəçi "Xəzər Lənkəran"la müqavilə imzalaya bilər. Stadium.az-a açıqlama verən Blajevski mümkün keçid haqda danışıb: "Artıq bir neçə gündü ki,Antalyadayam. "Xəzər Lənkəran"la məşq edirəm. Hələ ortada konkret nəsə yoxdu. Baxışdayam, özümü ən yaxşı tərəfdən göstərirəm. İnanıram ki, baş məşqçi məni komandasında görmək istəyəcək. "Xəzər Lənkəran" haqda məlumatım var. Bu klubla müqavilə imzalasam, mənim üçün böyük xoşbəxtlik olar".

Blajevski "Turnovo"da ən yaxın dostunun Saşko Pandev olduğunu da bildirib. "Muğan"da oynamış Saşkodan Azərbaycan haqda xoş sözlər eşidən Blajevski "Xəzər Lənkəran"a keçmək istədiyini söylədi: "Saşko mənim ən yaxın dostumdu. Azərbaycanda oynayıb. Mənə Azərbaycan və "Xəzər Lənkəran" haqda xoş sözlər söylədi. Mən özüm də Azərbaycan klubuna qarşı oynamışam. Ötən il fasilə vaxtında sizin təmsilçinizlə oynadıq. Yəni Azərbaycan haqda məlumatsız deyiləm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail