"Bakı" ilə müqaviləm olduğundan heç yerə getmək istəmədim" MÜSAHİBƏ

24.01.2014 | 5283 dəfə oxunub

"Bakı"nın "Bləkpul"dan transferi olan Alberto Noqueyro Stadium.az-a müsahibə verib

- Məşqlər necə keçir?

Hər şey yaxşıdı.

- “Dinamo” ilə oyununuz var. Nə düşünürsən matç haqda?

- Çox çətin oyun olacaq. “Dinamo” ilə oyunda yaxşı oynamağa çalışacağıq. Uğurlu nəticə qazanacağımıza inanıram. Son oyunumuz olduğundan da, qələbə bizə lazımdı.

- Əvvəlki matçlarda uğurlu nəticələr qazandınız. “Dnepr” və “Styaua” oyunlarındaki uğurlu nəticələri təsadüf kimi qəbul edək?

- Yox niyə təsadüfi? Biz sona kimi yaxşı oynayıb, bu nəticələri qazandıq. Oyunboyu diqqətli müdafiə qurduq. “Styaua” matçında hücumda da yaxşı oyandıq deyə, qələbə qazandıq.

- İspaniyada yerli əhalənin sizə diqqəti necədi?

- “Styaua” qələbəsindən sonra bizə maraq daha da artıb.

-  Səni “Bləkpul” kimi komandadan gətirdi “Bakı”. Ancaq nədənsə, əsas heyətdə özünə yer tapa bilmirsən. Nədi səbəbi?

- Mən “Bakı”da xoşbəxtəm. Tez-tez oynamasam belə. QIşdan sonra “Bakı”nın əsas heyətində özümə yer edəcəyimə inanıram.

- Təkliflər oldu?

- Var idi. Sadəcə “Bakı” ilə müqaviləm olduğundan heç yerə getmək istəmədim.

- Milino Pantiçlə danışmısan?

Nə haqda?

-  Sənə şans verməməsini deyirəm…

-  Hə, Pantiçlə danışmışam. Deyir ki, şans verəcək. Bakı mənim üçün yeni şəhərdi. Klubumda da yeniyəm. Adaptasiya hardasa zaman alır.

- Deyirsən, qışdan sonra səni “Bakı”nın əsas heyətində görəcəyik…


- Ümid edirəm ki, belə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail