Mais Mənsimov istədi, Ramin Musayev qadağa qoydu

27.01.2014 | 5024 dəfə oxunub

Sabiq FİFA referisi Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyulub. Stadium.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.
Musayev bildirib ki, klub prezidenti Mais Mənsimov ondan Yusifovun bir daha “ağ-yaşıllar”ın oyunlarına təyinat almamasını istəyib. Mənsimov istəyini təcrübəli referinin “Xəzər Lənkəran”ın oyunları zamanı səhvlərə yol verməsi ilə əsaslandırıb. PFL prezidenti də Mənsimovun dəlillərini əsaslı sayaraq, bu xahişi yerinə yetirib: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir. Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.
 
Fariz Yusifov bu mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilmiş 18 matçdan cəmi 2-nin baş hakimi olub. Bunlar 2-ci turda “Simurq”la səfər, 4-cü turda isə “Neftçi” ilə ev oyunlarına təsadüf edib. Hər 2 qarşılaşma qolsuz yekunlaşıb - 0:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail