AZAL-ın yeni transferi: "İkinci liqada oynamaq istəmədiyim üçün bura gəldim" MÜSAHİBƏ

27.01.2014 | 3778 dəfə oxunub

AZAL-ın yeni transferi Nedo Turkoviç müsahibə verib


Necəsən?
- Mən yaxşı, sən necəsən? Bağışlayın, kiminlə danışıram?

“Sport Favorit” qəzetindən narahat edirəm səni, jurnalistəm.
- Çox gözəl, buyur.

AZAL-la müqavilə bağladın?
- İndi danışa bilməyəcəm. Bir az işlərim var. Ən əsası isə məşqə getməliyəm.

Çox vaxtını almayacam. 5-6 sualım var, onlara cavab ver, get.

- Yaxşı. Bəli, artıq AZAL-ın futbolçusuyam. Klubla 2.5 illik müqavilə bağlamışam. Zəhmət olmasa, sualları ingiliscə verin, rusca elə də yaxşı danışa bilmirəm

(Bundan sonra Turkoviçlə bildiyi dildə danışmağa başlayırıq və sualı ingiliscə verirəm) AZAL-a gəlişin necə alındı? Səni kim dəvət elədi komandaya?

- Mənim bir dostum var, Adı Boyan, soyadı isə İliçdi. O, mənə təklif elədi ki, AZAL-a gəlim. 2-3 gün burda baxışda oldum. Bu gün (dünən) isə müqaviləyə imza atdım.

Bura “Akjayik”dən gəlmisən. Düzdü?
- Bəli, son klubum “Akjayik” olub. Sonra müəyyən səbəblərə görə ordan ayrılmalı oldum.

Elə onu soruşacaqdım. Maraqlıdı, hansı səbəblərə görə, Qazaxıstan klubu ilə müqaviləni pozdun?
- Ən başlıca səbəb Qazaxıstan Futbol Federasiyasının çıxardığı qərar oldu. 6 xalımızı sildilər və klubu ikinci liqaya göndərdilər. Aşağı dəstədə oynamaq pisimə gəlirdi. Bunu istəmədiyim üçün “Akjayik”lə yollarımı ayırmalı oldum.

AZAL-a kimi, başqa Azərbaycan klublarından təklif almışdın?
- Xeyr. Sizin klubların heç biri indiyə kimi mənə rəsmi təklif göndərməyib. Son olaraq, dostum Boyan mənə zəng vurub AZAL-a getməyimi söylədi.
 

Dostuna qulaq asdığına görə peşamn deyilsən?

- Əlbəttə ki, xeyr! Burda hər şeyi məni qane edir. Şərtlər ürəyimcədi.

Müqavilə imzaladığın klubu tanıyırdın?
- Yox, AZAL-ı tanımırdım. Ümumiyyətlə, Azərbaycan futbolu haqda çox az məlumatım var. 

Bəs onda tanımadığın və adını heç vaxt eşitmədiyin necə gəldin?
- AZAL haqqında heç nə bilməsəm də, bura gələndən sonra yaxşı şeylər eşitdim. Bakıya uçmazdan öncə dostum Arsenyeviçlə məsləhətləşdim. Klub barədə mənə hər şeyi danışdı. O da bura gəlməyimi məsləhət gördü. Hər şeyi dəqiqləşdirdikdən sonra Azərbaycana gəldim. 

Görünür, Bronislav sənə hər şeyi deməyib.
- Başa düşmədim. Nəyi nəzərdə tutursan?

Misal üçün, AZAL-da maaşlar hər ay gecikir. Bunu bilirdin?

- Yox, bunu bilmirdim. Açığı, inanmıram. Belə bir şey olsaydı, Arsenyeviç mənə deyərdi.

Hərdən isə ümumiyyətlə, pul vermirlər...

- (susur). Dostum, məni bağışla, məşqə gedirəm.

 Vaqif Sadıqovla söhbətin olub?

- Nə barədə?

Klub, burdakı gələcəyin, oynayıb-oynamayacağın barədə.
- Hələ yox.

 AZAL-a 150 000 min dollar müqabilində keçdiyin söylənilir?

- 150 000 min dollar?! (təəccüblənir).

Hə, mənim dostum.

- Sən bu məlumatı hardan oxumusan?

 “Transfermarket” saytı yazıb.

- Xeyr, şişirdilmiş rəqəmdi. Transfer qiymətim o qədər deyil.

Sirr deyilsə, əsl rəqəmi deyə bilərsən?

- Yox, bunu məndən istəməyin. Çünki məbləği açıqlaya bilmərəm. Ümumiyyətlə bu barədə danışmaq istəmirəm. Müqavilə detallarını açıqlamaq düzgün olmaz. Hər şey orda qeyd olunub.


Sport Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail