"Syomin dedi ki, məşq elə və hazırlaş" MÜSAHİBƏ

27.01.2014 | 4573 dəfə oxunub

"Qəbələ"nin yeni transferi Anar Nəzirov Stadium.az-a müsahibə verib


- Əvvəl də “Qəbələ”də oynamısan. Ancaq indi əsas heyətə düşmək əvvəlkinə baxanda şansın daha yüksək görünür. Özün necə düşünürsən bu barədə?

- Hazırda “Qəbələ”də hər mövqe uğrunda rəqabət böyükdü. Düzdü komandaya mən gec qoşuldum. Buna baxmayaraq əlimdən gələni edirəm ki, verilən hər şansdan istifadə edim. Komandaya kömək etmək istəyirəm.

Yuri Syominlə danışmısan? "Sənə güvənirəm" deyib?

- O, mənə inanmasaydı mən bu dəqiqə "Qəbələ"də olmazdım. Syomin də işinə peşəkar yanaşan məşqçidi. Syomin mənə deyib ki, get yaxşı məşq et və hazırlaş. Vəssalam. Biz də peşəkar futbolçularıq da. Nə vaxt şans verilsə, əlimizdən gələni edib komandaya kömək olacağıq.

- Toplanışdakı oyunlar barədə hansı fikirdəsən?

- Yoxlanış oyunları idi. Çempionat tamam fərqlidi. Amma həqiqətən deyərdim ki, çox yüksək səviyyədə toplanış alındı. Özümə gəldikdə yavaş-yavaş komandaya uyğunlaşıram. Çempionata tam hazır səviyyədə olacam.

- Uyğunaşıram deyəndə, bu komandada olmusan da onsuzda.

- Elədi. İndi də hər şey yaxşıdı.

- "Qəbələ"yə keçidin milli karyerana da müsbət təsir edəcək. Elədi?

- İnşallah yol açılsın özümü burada tam doğrultsam əlbəttə ki, millidə oynamaq şansımız artacaq. Berti Foqts üçün vacib olan oyunçuların klubunda əsas heyətdə oynamasıdı.

-  Anar, “Qəbələ”yə keçidin bizim üçün də gözlənilməz alındı. Çünki “Bakı”ya transfer olunacağın gündəmdəydi...

Sözün düzü, mən “Bakı”ya söhbəti haqda ancaq mətbuatdan oxuyurdum. Mənə bu klubdan hər hansı təklif gəlməmişdi. Əslində başqa klubla razılığa gəlmişdim. Amma son anda “Qəbələ” məni istədi və bura gəldim.

- Yəqin ki, “Adanaspor” məsələsini deyirsən...

- Hə, onu deyirəm.

- Niyə türk klubuna keçmədin?

- Orada bəzi problemlər oldu. Klubun düşmə təhlükəsi də var idi. Maliyyə söhbəti olmamışdı.

- Bəlkə sən də əksər oyunçularımız kimi xaricə gedib əziyyət çəkincə, elə ölkədə qalıb burada qazanmaq fikrində oldun?

- "Adanaspor"la əlaqə saxlayıb prezidentdən soruşa bilərsiniz. Oynamaq şansım 100 faiz idi. Əsas heyətdə oynamaq sözü verilmişdi. Bəzi xırda problemlər oldu. O da mənə aid olmayan məsələlər idi.

- İndi "Qəbələ"də David Piterzkeviçlə rəqabətdən qalib çıxa biləcəksən?

- David də komanda yoldaşımdı. Ona hörmət edirəm. Kim güclü olsa, qapıda da o, duracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail